Necə,haradan başlayacağımı bilmədiyim əsər oldu.Kitab çox axıcı olsa da, oxuyarkən çox düşündüyüm,tez bitirmək istədiyim kitablardan oldu.
Əsərin məzmunu;
Əmir və Həsən uşaqlıqdan bir yerdə böyümüş,həm süd qardaşı,həm də ögey qardaşdırlar.Əmirin anası onu dünyaya gətirərkən qanaxmadan vəfat etmiş,Həsənin anası isə doğulduqdan 5 gün sonra onu atıb qaçmışdır.
Əmir zəngin bir iş insanın oğlu,Həsənin atası isə Əmirin atasının xidmətçisi idi.Əmir və Həsən balacalıqdan bir yerdə böyüsələr də Əmir heç vaxt Həsəni öz dostu kimi görməmişdir,onu hamıya xidmətçinin oğlu kimi təqdim edirdi.Həsən isə Əmiri dərin məhəbbətlə sevir, özünü onun yolunda fəda edir.Həsən çox yaxşı çərpələng uçurmağı bacardığı üçün,çərpələng uçurmağı Əmirə da öyrədir.Çərpələng yarışları zamanı Əmir,Həsənin köməkliyi ilə qalib gəlir.Əmir isə ona təşəkkür etmək yerinə,Həsənin çərpələngin ardınca qaçdığı zaman onu taciz edən Asifdən qorxduğu üçün Həsəni o vəziyyətdə qoyub qaçır.Bundan sonra isə o,vicdan əzabı çəkdiyini düşünsə də,əməl də isə onu göstərmir.O,evdən pul oğurlayır və oğurluğu isə Həsənin üzərinə atır.Bundan sonra isə,Həsən və atası oranı tərk edir.Bir neçə il keçdikdən sonra , sovet işğallarının başlaması səbəbindən Əmir və atası Amerikaya köçməli olur.Burada da Əmir və atasının həyatı heç də asan olmur.Əmir Sürəyya adlı xanıma aşıq olur,atası elçi gedir və onlar qısa zaman da evlənirlər.Evləndiksən sonra isə atası qısa zaman ərzində, ağciyər xərçəngindən dünyasını Sürəyya və Əmir birlikdə yaşayır, övlad arzunda olurlar.Həkim isə Sürəyyanın sonsuz olduğunu söyləyir.İlk başda onlar "yetimxana"dan övladlığa uşaq götürmək istəsələr də,bu alınmır.Bir gün Əmir evdə olarkən ona zəng gəlir,bu zəng isə Həsən haqqında idi.Əmir tez bir müddətdə Əfqanıstana gedir.Orada ona Həsənin başına gələnlər