"Bekkerin ikinci fikrində iddia edir ki, bizim iki “mən”imiz var.
Birincisi yeyən, yatan, xoruldayan və tualetə gedən fiziki “mən".
İkincisi isə şəxsiyyətimiz, özümüzü necə gördüyümüz “mən”."
"Məntiqə zidd bir şey kəşf etdim: azadlıq bağlanmaqdadır. Məndən ötrü həqiqətən vacib olanı seçəndə, alternativlərdən və fikrimi qarışdıran şeylərdən imtina edəndə fürsətlərimin artdığım gördüm."
"Güclü sərhədləri olan insanlar əsəbiləşməkdən, mübahisə etməkdən, incinməkdən qorxmurlar. Zəif sərhədləri olan insanlar bu şeylərdən qorxarlar və eniş-çıxışlara uyğunlaşmaq üçün öz münasibətlərini yenidən formalaşdırarlar.
Güclü sərhədləri olan insanlar başa düşür ki, iki insanın bir-birinin istənilən ehtiyacını 100 faiz qarşılamağı mümkün deyil. Bu insanlar bəzən başqalarının hisslərini incidə biləcəklərini başa düşürlər, ancaq nəticədə başqalarının necə hiss edəcəyini müəyyənləşdirə bilməzlər. Güclü sərhədləri olan insanlar başa düşür ki, sağlam münasibət qar- şındakının hisslərini idarə etmək deyil, əksinə, onun özünüinkişafına və problemlərini həll etməyinə dəstək olmaqdır."
"Qeyri-sağlam və zəhərli bir münasibətin olduğu yerdə, hər iki tərəf də məsuliyyətsiz olacaq, bir-birlərinə “yox” deyə bilməyəcəklər. Sağlam və xoşbəxt münasibətin olduğu yerdə, iki insan arasında aydın sərhədlər və dəyərlər olacaq, lazım gələndə bir-birlərini rədd edə biləcəklər.
“Sərhəd” deyəndə hər iki tərəfin də öz problemlərinə görə məsuliyyət daşımağını nəzərdə tuturam. Güclü sərhədləri olan sağlam münasibətlərdə insanlar öz dəyərlərinə və problemlərinə görə məsuliyyət daşıyacaqlar və sevgililərinin dəyər və problemlərinə görə məsuliyyət daşımayacaqlar. Zəif sərhədləri olan, yaxud heç olmayan zəhərli münasibətlərdə insanlar öz problemlərinə görə məsuliyyət daşımaqdan qaçacaqlar və ya sevgililərinin problemlərinə görə məsuliyyət daşıyacaqlar."