Ayya blog

10/10
·196 syf.··
Beğendi
·
2021 9. kitabı
·
12 saatte okudu
·
Okunma: 17 Şubat 2021 11:03
Spoiler içerebilir!!! "10 yaşında balaca bir qız düşünün. Bir gün evdən çörək almaq adıyla çıxıb məhkəməyə gedir. Boşanmaq istədiyini deyir. Və insanları təəccübləndirən şey, onun evli olması deyil, boşanmaq üçün müraciət etməsidi, cəsarətidi. Yəməndə, çox vaxt uşaqların dilənçiliklə qazandığı qəpik-quruş hesabına dolanan ailənin satılan qızı, Nojoud Ali. Bir müddət sonra "dünyanın ən gənc boşanmış qadını" olacaq, Amerikada, "ilin qadını" mükafatını alacaq. Ziddiyət necə də acıdı elə deyil? 10 yaşlı uşaq "ilin qadını" seçilir. Və bütün bunlar təxəyyül məhsulu deyil, kitabın iki müəllifindən birinin yaşadıqlarıdır. 21. əsr, elm-texnologiya dövrü. Ərəbistan yarımadasında evlilik adı ilə pula satılan minlərlə qız uşağı. Və Nojoud Ali, onlardan sadəcə biri idi. Cəsarəti, həyat eşqi ilə həm özünün həyatını xilas edən, həm də başqalarına ilham olan biri."
Ben Nojoud 10 Yaşında Bir DulumNojoud Ali · Martı Yayınları · 2014912 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·456 syf.··
Beğendi
·
2021 8. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Şubat 2021 19:13
İndiyə qədər oxuduğum ən yaxşı kitablardan biri oldu. Elmiliyi etibarilə informativ olsa da, olduqca axıcı, maraqlıdır. Oxucunun elm, texnologiya, təkamül, kapitalizm və s. əlaqəli biliklərini dərinləşdirəcək, dünyagörüşünü dəyişdirəcək bir kitabdır. Kitab bəşəriyyətin üç böyük inqilabı; Təfəkkür İnqilabı, Aqrar İnqilab və Elmi İnqilab olmaqla üç bölməyə ayrılmış, tarixi-siyasi, sosial-iqtisadi və s. hadisələr xronoloji ardıcıllıqla şərh olunmuşdur.
Sapiens: Bəşəriyyətin Qısa TarixiYuval Noah Harari · Qanun Nəşriyyatı · 201742,5bin okunma
6/10
·112 syf.··
2021 5. kitabı
·
31 saatte okudu
·
Okunma: 12 Ocak 2021 20:43
Zweig qələmindən çıxan "Fantastik gecə" adlı bu kitabda sahib olduğu sosial statusundan və imkanlarından istifadə edərək həyatına məna qatmağa, içindəki boşluqları doldurmağa çalışan bir burjua kişisinin bir gecədə, hətta bir neçə saat ərzində dəyişən həyatından danışılır. Səhv olduğunu düşündüyü, vicdan əzabı çəkdiyi bir hərəkət edir – başqa birinin puluna yiyələnir. Və bununla həyatı tamamilə dəyişir, ilk dəfə öz burjua əxlaqına, həyat tərzinə zidd davrandığı "fantastik" bir gecə keçirir. Kitab ilk başda sıxıcı olsa da, yarısından sonra hadisələr daha maraqlı bir hal almağa başlayır. Xoş mütaliələr :)
Fantastik GecəStefan Zweig · Qanun Nəşriyyatı · 2020171,6bin okunma
"Bir Ömür Nasıl Yaşanır?"
9/10
·288 syf.··
Beğendi
·
2021 4. kitabı
·
9 günde okudu
·
Okunma: 10 Ocak 2021 00:38
"İlber Ortaylının tecrübelerini, görüşlerini ve tavsiyelerini paylaştığı soru-cevap şeklinde düzenlenmiş kitaptır. Esas konular seyahat, eğitim-kariyer, sanat olarak ele alınmıştır. Daha hayatın başındaki, özellikle eğitim konusunda kafa karışıklığı yaşayan, seçimlerinden emin olamayan gençlerin mutlaka okuması gerektiğini düşünüyorum."
Bir Ömür Nasıl Yaşanır?İlber Ortaylı · Kronik Kitap · 202065,1bin okunma
3/10
·200 syf.··
2021 1. kitabı
·
23 günde okudu
·
Okunma: 03 Ocak 2021 00:29
Kitab əsas obrazın dilindən, gündəlik formasında yazılmışdır. Həyat yoldaşını itirən bir qadının sonrakı yaşantısından bəhs edilir. Əsər boyunca gənc yaşlarında məktəb müəlliməsi işlədiyi vaxtları, əri ilə tanış olmasını və onunla bağlı digər hadisələri xatırlayır. Əyalət həkimi əri – Doktor Baqqe'nin ölümündən sonra yeni evə köçür, burada yeni həyata başlayır.
Yeni ÇağlarIda Jessen · Alatoran Yayıncılık · 05 okunma