Sizcə cənnət və cəhənnəm haradır, necədir, nəyə bənzəyir? 7 mərtəbə yuxarı, 7 mərtəbə aşağı, mələklər, şeytanlar, sehrli ağaclar, alov ya nə? Sizcə Allah insanları günah və savabları üçün cəzalandırmaq və yaxud mükafatlandırmaq üçün neçə qatlı məkan mı yaradıb? Məncə yox.
Cəza və mükafat mexanizmi biz özümüzük, daha doğrusu daşıdığımız bir şey. Vicdan!
Heç kim 100% yaxşı və ya pis deyil. YinYang pisliyin içində yaxşılıq və yaxşılığın içində pislik. Ən kiçik günahınızda ağırlaşan vicdanınızı və ən kiçik sabahda yüngülləşən ruhunuzu düşünün. Cənnət də cəhənnəm də vicdanımızdır. Ona görə çətinliyə düşəndə ilk vicdanımızı qorumağı öyrənməliyik. Bu dünyada cənnəti də cəhənnəmi də yaşamaq öz əlimizdədir.
Günahkarlar vicdanları ilə cəzalandırıldılar bəs məzlumların yaşadıqları nolacaq?!
Çox qorxulu bir yuxu gördüyünüzü düşünün. Başınıza ağır şeylər gəlir. O yuxudan oyanırsınız bəzən heç xatırlamırsınız da. Bax belə. Ölmək son deyil, başqa bir dövrün başlanğıcıdır. Və həmin məzlumlar da digər dünyada daha geniş bir ruh, daha açıq bir beyin və anlama qabiliyyəti ilə mükafatlandırılırlar. Və güclü iman, ruhun aydınlıq və azadlığı çox vaxt böyük bir çətinlikdən sonra gəlir.