İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
İbrahim

İbrahim

, bir kitabı yarım bıraktı
Kahraman Çocuklar
Kahraman ÇocuklarRıza Süreyya
9/10 · 19 okunma
Reklam
İbrahim

İbrahim

, bir kitabı okumayı düşünüyor
Azərbaycan Cümhuriyyəti
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade
9.7/10 · 22 okunma
Onlar palçıqlı ayaqlarını böyük otellərin təmiz xalçalarına silib içəri daxil olurdular. Haradan idi bu qədər palçıq? Bu qədər çirk şəhərdə. Sanki bəyaz dumanın seyrəlməsi ilə xalqın gözü açılmış və hamı öz ayağı altında çiynində, ağzında avtobusların tutacağında, metroların çıxışında, deputatların qalstukunda, məktəblərin cədvəllərində, bayraqların üstündə bu palçığı görməyə başlamışdılar. Hamı bundan danışır və xalqın narazılığı getdikcə artırdı. Niyə biz bu palçığa dözməliyik. Bu nədir axı? Bir gün külək, bir gün yağış, bir gün qar... sonra duman, indi də palçıq. Bu nə həyatdır biz yaşayırıq?!

Okur Takip Önerileri

Tümünü Gör
- Siz... siz... insanları ədalətə çağırırsız. Onları inanmağa çağırırsız. Amma... özünüz inana bilmirsiz! Allahdan başqa heç kəsdən qorxmadığınızı deyirsiz, şəhid olmuş səhabələrdən danışırsız, amma bir barmağınızdan çıxacaq bircə damla qana görə Allahınızı da, dininizi də tapdaq altına atarsız. Sonra diz çöküb dua edərsiz ki, sizi bağışlasın Allah. Bəs mübarizə?! - Bala, lap tutaq ki, sənin danışdığın hekayə düzdür, tutaq ki, elə bir Mələk var! Mən bu qoca yaşımda sənə necə kömək edə bilərəm ki? Bu məscid çox insan üçün son ümid yeridir. Bəs onlar əsəbiləşib buranı bağlasalar? Onda necə olacaq? Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə ikinci şamı heç cürə yandıra bilməzsən. İman da ürəklərdə yanan şamlardır. Birdən alışmaz, birdən işıq salmaz, damla-damla, ovuc-ovuc yayılar, çoxalar! Hər kəs öz şamını tutmalıdır. Mən ona diqqətlə baxıb pıçıltı ilə son sözləri dedim: - Mələyi zorlayırlar, siz də şam tutursuz!
Bu söz elə səsləndi ki, elə bil o müqəddəs bir ailənin üzvü idi. Onun adına məsciddə heç bir söz demək olmaz. Amma bir tərəfdən də düz deyirdi, onun kimi alçaq adamların adını məsciddə çəkmək günah olardı.
Reklam
Tale bu dəqiqə məndən güclü və cəsarətli olmağımı istəyir. Amma mən bilirdim ki, aylıq maaşdan asılı adı bir vətəndaşam mən. Adi! Mənə kömək lazımdır, mən təkbaşına bu əjdahalarla, canavarlarla bacara bilmərəm.
Duman axşama yaxın lap qatılaşmışdı. Artıq o nə bəyaz idi, nə də boz. Artıq qapqara bir pərdə kimi bütün mənzərələri silmişdi. Pəncərələrdən baxan insanlar artıq heç nə görmürdülər. Televizorlar işləmir, telefonlar tutmur, pəncərələr heç nə görmürdülər. Bu gecə Bakıda hamı ailəsinə bir azca daha yaxın olmuşdu. Həmişə ayrı otaqlarda yaşayan ailə sakinləri ilk dəfə eyni masa arxasında axşam yeməyi yeyir, atalar uşaqların dərsləri ilə maraqlanır, qocalar xatirələrini danışır, uşaqlar isə çoxdan onları maraqlandıran suallarını verirdilər. İnsanları bircə addım bir-birinə yaxınlaşdırmaq üçün dörd milyonluq şəhəri dumana bürümək lazım imiş deməli. Artıq pəncərələrdən televizora dəyən qapazlar yox, uşaq qaqqıltıları eşidilirdi.
Elə sevgilər var, ancaq içki unutdurur, elə sevgilər də var, çayla yola verirsən gedir.
Sayfa 87 - Qanun Nəşriyyatı
Bu polislər qanunu yox, şəxsi maraqları qoruyan polislərdən idi.
Haram çörəyin nəyini haram edəcəksiniz?
Reklam
Evdən bayıra çıxmağa məcbur olan aparıcı xanım insanlara evdən çıxmamağı məsləhət görürdü.
Heç xoşum gəlmirdi Bakının küləyindən. Nəyindən xoşum gəlirdi ki, küləyindən də gəlsin.Bakı böyüyürdü. Binaları, pulları, əlaqələri... Bakı meqapolisə çevrilirdi. Və Bakının insanları cılızlaşırdı bununla. Bu qədər bahalı maşın bu qədər varlı adam necə bölüşəcəkdi bu kasıbların çiynini.Bu kasıbların kürəyini neçə varlı tapdalaya bilərdi, görəsən? Bakıda iki cür insanlar var idi, heç nə etmədən hər şeyi olanlar və hər şey edərək heç nəyi olmayanlar. Mən, yəqin ki, bu bölüşmədə ikinciyə aid idim. Mənim heç nəyim yox idi. İkiotaqlı kiçik "stalinka"mı çıxmaq şərtilə, heç nəyim yox idi. Sadəcə, 40 il müddətində 8 saat işləmək borcum var idi bu dövlətə. Nədir ki, yavaş-yavaş 40 ilim keçər, çıxaram pensiyaya, başlayaram yaşamağa.
Hərdən də ağlıma gəlirdi kı, zəng eləyim məscidlərdən birinə, ya televiziyalardan birinə, bildirim ki, mələk tapmışam. Qoy bütün kanallar çəksin, bütün qəzetlər yazsın, qoy İnsanlar bilsin ki, doğrudan da, Allah var, onun mələkləri var. Qoy ən ümidsiz xəstələr, ən kasıb uşaqlar da sevinsin ki, o biri dünyada bizi cənnət və bu cür gözəl mələklər gözləyir. Axı bu mələk, doğrudan da, sübut idi, Allahın, möcüzələrin, nağılların, bütün insanlığın əsrlərlə görmədən inandığı bütün müqəddəs varlıqların sübutu idi.
Mənim iş qüvvəm sabah bu ölkəyə lazım olacaq. Mənə ağalıq edənlərə qulluq etmək üçün sabah gümrah olmalıyam.
319 öğeden 271 ile 285 arasındakiler gösteriliyor.