Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Qəhrəmanların oxumalı olduğu kitab
Kitabda ələ alınan mövzular, əsasən, dostluq, nakam sevgi, siyasət və ailə dramıdır. Bundan əlavə Tanrı inancının sorğulanmasına dair hissələrə də yer verilib. Müəyyən kütlə və ya xalq tərəfindən qəhrəman elan edilən şəxsin və ya dissidentin ailəsinin hansı məhrumiyyətlərə qatlandığı çox mükəmməl izah edilir. Qəhrəman olmağı özünə amal seçənlər gərək ən azından bu kitabı bir dəfə oxuyub məlumatlı olsunlar. Bundan əlavə İran cəmiyyətində qadının və kişinin yeri, qulaqdan dolma fikirlərlə öyrənilmiş islamın cəmiyyətə təsiri və s. də öz əksini tapıb. Oxuyanda hadisələrin İrandamı yoxsa Azərbaycandamı olub-olmaması haqda da düşünə bilərsiz. Çünki, bu iki cəmiyyət mentalitet baxımından eyni təfəkkürdə formalaşıb. Bu kitab da bunun sübutlarından sadəcə biridir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,533 okunma
Reklam
·
Puan vermedi
Kitab hədislərdən, məktublardan və Lev Tolstoyun dini düşüncələrindən ibarətdir. Tolstoyun Tanrı axtarışı, xristianlığı qəbul edə bilməməsi və s. kitabda öz əksini tapıb.
Hz. Muhammed
Hz. MuhammedLev Tolstoy · Karakutu Yayınları · 20104,589 okunma
596 syf.
·
Puan vermedi
Elxan Elatlının həcmcə ən irihəcmli romanıdır. Digər romanları kimi burada da obrazların sayı nisbətən çoxdur. Bu kitab insanda milli duyğuları, düşmənə nifrəti aşılamaqla yanaşı çox axıcıdır. Kitab gözlənilməz sonluqla bitir deyə bilərəm. Çünki qətlləri törədən şəxslər heç ağlınıza gəlməyən insanlar ola bilər. Bu kitabın ikinci hissəsi
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn Səs
kitabıdır. Yəni, kitablar bir-birinin davamıdır.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Elgün Nəşriyyatı  · 2014677 okunma

Okur Takip Önerileri

Tümünü Gör
140 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 günde okudu
Kitab düşüncələri ilə, toplumda sərgilədiyi davranışları ilə tam bir antiqəhrəman olan, yolda görsək yolumuzu dəyişəcəyimiz tipdə insanın qeydlərindən ibarətdir. Kitab iki hissədən ibarətdir: Birinci hissədə demək olar ki, öz ideologiyası haqqında danışır, ikinci hissədə artıq qeydlərini (
Yeraltından Notlar
Yeraltından Notlar
) yazdığı günə qədər başına gələn xoşagəlməz hadisələr haqqında danışır.
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2020127,9bin okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
Yeni başlayanlar üçün tövsiyə edə biləcəyim kitabdır. Yormur, axıcıdır və oxucunu sonluq haqqında düşündürür. Bir kitabın oxunması üçün bunlardan başqa nə olmalıdır?
Mavi Qatarın Sirri
Mavi Qatarın SirriAgatha Christie · Altun Kitab · 20172,595 okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
5 günde okudu
Bu kitabı niyə oxudum?
Bu kitabı oxuduqca "sonra nə olacaq görəsən?" deyə düşünə bilərsiniz. Amma, gözlədiyiniz kimi bir sonluqla qarşılaşmaya bilərsiniz. "Bu kitaba niyə vaxt sərf etdim?" deyə də düşünə bilərsiniz. Zamanla kitabı düşündükcə kitabın sizə vermək istədiyi mesajı anlayacaqsınız.
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020111,3bin okunma
152 syf.
·
Puan vermedi
Bu kitab müəllifi tərəfindən yazılmayıb. Auditoriya qarşısında səsləndirilən fikirlərin sonradan kitab halına çevrilməsidir. Bir növ təlimat kitabıdır deyə bilərəm. Emosiyaların təlimatı. Bir emosiyanı (qəzəb, qısqanclıq, qorxu və s.) yaşadığımızda necə davranmalı olduğumuzu, emosiyalarımızı necə tənzimləyə biləcəyimizi öyrədir bu kitab.
Emosiyalar
EmosiyalarOsho · Qanun Nəşriyyatı · 2015774 okunma
200 syf.
·
Puan vermedi
·
Beğendi
Hər kəsin oxumalı olduğu kitab.
Oxuyun, oxudun. İmkanınız çatırsa, yüksək səslə oxuyun. Təki hər kəs bu kitabdan xəbərdar olsun. Bu kitabı oxuduqca heç bir təbii sərvəti olmayan, torpaqlarının böyük qismi göllərdən ibarət olan ölkənin sıfırdan necə inkişaf etdiyini görəcəksiniz. İnkişaf üçün atılan addımlar çox sadədir. Və bu addımların kökündə sevgi durur. Vətən sevgisi, insan sevgisi, din sevgisi və s. "Bir ölkədə hərbi xidmət necə olmalıdır?" "Valideyn övladını necə tərbiyələndirməlidir?" "Təhsil necə təbliğ edilməlidir?" "Cəmiyyət necə qurulmalıdır?" və s. Bu sualların cavabı kitabda mövcuddur.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
687 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Türkcə sonacan oxuduğum ilk kitabdır. Olduqca axıcıdır. İnsan oxuduqca oxumaq istəyir. Təsvirlər, bənzətmələr, aforizmlər və s. mükəmməldir. Bu kitabı oxuyanda həqiqi kitabın nə olduğunu anlamağa başladım. Obrazların müəyyən vəziyyətlərə görə keçirdiyi hisləri, düşündüyü düşüncələri oxuduqca insanın özünü tapmaması mümkün deyil. Qısacası ən xırda nüanslar da qeyd olunub. Bu kitabı oxuduqdan sonra bir şeyi dərk etdim ki, neçə yüz il əvvələ gediriksə gedək, günümüzün insanı ilə o dövrün insanının düşüncələrində, duyğularında bir dəyişiklik yoxdur. Eyni düşüncə, eyni duyğu. Obrazların öz-özlərinə danışdığı cümlələr belə bu günün insanının öz-özünə danışdığı cümlələrlə üst-üstə düşür.
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022159,1bin okunma