Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

420 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Qəhrəmanların oxumalı olduğu kitab
Kitabda ələ alınan mövzular, əsasən, dostluq, nakam sevgi, siyasət və ailə dramıdır. Bundan əlavə Tanrı inancının sorğulanmasına dair hissələrə də yer verilib. Müəyyən kütlə və ya xalq tərəfindən qəhrəman elan edilən şəxsin və ya dissidentin ailəsinin hansı məhrumiyyətlərə qatlandığı çox mükəmməl izah edilir. Qəhrəman olmağı özünə amal seçənlər gərək ən azından bu kitabı bir dəfə oxuyub məlumatlı olsunlar. Bundan əlavə İran cəmiyyətində qadının və kişinin yeri, qulaqdan dolma fikirlərlə öyrənilmiş islamın cəmiyyətə təsiri və s. də öz əksini tapıb. Oxuyanda hadisələrin İrandamı yoxsa Azərbaycandamı olub-olmaması haqda da düşünə bilərsiz. Çünki, bu iki cəmiyyət mentalitet baxımından eyni təfəkkürdə formalaşıb. Bu kitab da bunun sübutlarından sadəcə biridir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,533 okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.