Banu Quluzadə

Banu Quluzadə
@b_quluzade
Puan vermedi·83 syf.··
2026 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 12 Mart 2026 22:50
Bu, mənim oxuyub bitirdiyim ilk modern klassik əsərdir. Kitab, nəşriyyatdan asılı olaraq təxminən 55-60 səhifəlik kiçik bir həcmə malik olsa da, çatdırmaq istədiyi əsas alt mətn olduqca dərin və düşündürücüdür. Əsərdə məni ən çox təsirləndirən məqam heçliyin insan üzərində buraxdığı mənfi izlər oldu. Hər hansı bir hadisənin 'yaxşı' və ya 'pis' olması müəyyən bir məna kəsb etdiyi halda, heçlik hissi insan bədəni ilə ruhu arasındakı bağın qopmasına gətirib çıxara bilir. Dünyada məchulluğu dadmamış birinə bu fikir bəlkə də o qədər aydın və düşündürücü gəlməyə bilər, lakin heçliyin nə olduğunu bilən biri üçün bu yükü anlamaq heç də çətin olmayacaqdır. İkinci olaraq, beynin gücü məni çox heyran etdi. Hər zaman, beynin sərhədlərini bizim özümüzün təyin etdiyinə inanmışam. Mənim üçün kainatın ən böyük möcüzəsi insan, insanın ən böyük möcüzəsi isə onun beynidir. Bəlkə də beynin heç bir sərhədi yoxdur və o, sonsuzdur. Lakin insanın ruhu ilə bədəni arasındakı bağın bir həddi var; biz bu həddi aşdıqda ruh sağlamlığımızı itirə bilərik. Bu kitab məhz həmin fikrin zahiri bir nümunəsidir. Zweig bizə sübut edir ki, insan ən böyük xilasını da, ən qorxulu həbsxanasını da öz beyninin içində daşıyır.
Duygu ve Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·
Kitaba ilk başladığımda sıxılacağımı hiss edirdim, obrazların tam yerinə oturmaması məni bir qədər narahat edirdi. Lakin 2-3 bölüm oxuduqdan sonra roman artıq sizi öz içinə çəkməyə başlayır. Hazırda 14-cü bölümü bitirmişəm və bu, mənim oxuduğum ilk klassik əsər olduğu üçün başlarda çətinlik çəkməyimi normal hesab edirəm. Martinlə ilk tanışlıqdan sonra insanın iradəsinin nələrə qadir olduğunu gördüm; bunun üçün sadəcə daxildən gələn böyük bir istək kifayət edirdi. O, daxili aləmində nə qədər güclü biridir və sevdiyi qadına layiq olmaq üçün göstərdiyi səy həqiqətən təqdirəlayiqdir. Lakin mənə görə, Rutun Martinə olan hissləri sadəcə bir arzudan ibarətdir. Xüsusilə 9-cu bölümün sonunda anladım ki, Rut əslində öz ağlındakı ideal adamı sevir. O, xəyalındakı ruhu Martinin bədəninə yerləşdirir və onu o şəkildə arzulayır. Uilyam Şekspirin dediyi kimi: "Bəyəndiyimiz bədənlərə xəyalımızdakı ruhları qoyub, onlara aşiq oluruq." Rutun istədiyi Martin İden deyil, onun ağlındakı "Martin görünüşlü" biridir. Bir insanı dəyişdirib sevmək və ya dəyişdirmək üçün sevmək, məncə, həqiqi sevgi deyil. Martin isə aralarındakı bütün fərqlərə və imkansızlıqlara rəğmən, sevdiyi qadına layiq olmaq üçün özünü inkişaf etdirir. Sevdiyi üçün özünü müsbətə doğru dəyişmək isə əsl sevginin sübutudur.
Duygu ve Düşünce
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,7bin okunma
7/10
·176 syf.··
2026 7. kitabı
Ayça Karamanın "Qərar Ver, Planlaşdır, Hərəkətə Keç" kitabı müasir dövrdə zamanını düzgün idarə edə bilməyən hər kəs üçün mükəmməl bir bələdçidir. Müəllif bu əsərdə oxuculara sadəcə xəyal qurmağı deyil, həmin xəyalları real addımlara çevirməyin yollarını göstərir. Bu janrda kitablara yeni başlayanlar və ya başlamaq istəyən oxucular üçün bu əsər mükəmməl bir seçimdir, çünki dilinin sadəliyi və axıcılığı ilə seçilir. Paraqrafların quruluşu göz yormur, məzmun isə yalnız müəllifin fikirlərindən ibarət deyil; burada həm də oxucunu düşünməyə sövq edən maraqlı suallar yer alır. Kitabın daxilində paylaşılan müxtəlif alim, yazar və filosofların kəlamları oxucuya əlavə ilham və motivasiya verir. Əsas qayə odur ki, ən böyük uğurlar belə kiçik və planlı addımların nəticəsində yaranır. Ertelemə vərdişindən qurtulmaq və diqqəti toplamaq üçün kitabda çox praktik məsləhətlər təqdim olunur. Xüsusilə "mükəmməllik" axtarışının bizi hərəkətdən saxladığı fikri insanda yeni bir baxış bucağı yaradır. Müəllif vurğulayır ki, qərar vermək prosesin yarısıdırsa, digər yarısı həmin qərara sadiq qalıb intizamla çalışmaqdır. Öz potensialını kəşf etmək və həyatına nizam gətirmək istəyən hər bir gənc üçün bu əsər olduqca faydalı bir vəsaitdir.
Karar Ver Planla Harekete GeçAyça Karaman · Timaş Yayınları · 2022543 okunma