Hf

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Loğalaşıb, a görməmiş, çox da belə fırıldama! Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama! Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama! Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!
Reklam
“Bəzi insanlar o qədər kasıbdırlar ki, sahib olduqları yeganə şey puldur”. Əsəri və hənbəli, sufi Şeyx Əbdülqadir Cilani (Allah ona rəhmət etsin)
Möhtərəm Mürşid Şeyx Muhəmməd Haşimi Maliki/Əşəri (ö. 1381); “Qardaşlarına öz əli ilə xidmət etməyi sevərdi. Ziyarətçi gələr, tələbə gələr, yanında qalardı, onlara yemək verər, yatağını hazırlayar, zəif bədəni ilə xidmət edərdi. Gecə yarısı qapısını döydüyümüz zaman qapını açar və insanlarla qarşılaşdığı paltarları ilə qarşımıza çıxardı, sanki hər an hazır bir əsgər kimi. Onu heç vaxt gecə paltarı ilə görmədik. Bir adam yanına gəldi və şeyxin əlini öpdü, şeyx də onun əlini öpmək istədi, amma adam buna icazə vermədi və: “Əstəğfirullah, əfəndim, mən buna layiq deyiləm, sizin ayağınızı öpərəm”, - dedi. Şeyx də: “Əgər ayağımızı öpsəniz, biz də sizin ayağınızı öpərik”, - dedi. O, yalnız Allah üçün qəzəblənərdi. Şamdan bir adam evinə gəldi və ona hücum etdi, lağ etdi və müsəlmanın tüklərini biz-biz edən sözlər söylədi, amma şeyx yalnız: “Allah səni xeyirlə mükafatlandırsın, qüsurlarımızı göstərirsən, bunları buraxıb gözəl əxlaqa sahiblənəcəyik”, - dedi. Adam uzun müddət qalmadı və nəhayət, şeyxin ayaqlarını və əllərini öpərək ondan üzr istədi”. الشيخ عبد القادر عيسى، ”حقائقُ عن التصوف“، ص. ٣١٠