Hf

dürüstlük və valideynlər.
"Dürüst olmaq lazımdır", "Ən gözəl biclik düzlükdür", "Bizə yalan danışmayın" və s... və s... Yaxşı, düz olmaq pis bir şey deyil, bunu anladım. Bəs valideynlərimizə düzünü desək, nə baş verər?... Başqaları ilə müqayisələr, alçaltmalar, şiddət və daha nələr, nələr. Onu da deyim ki, bu hər valideynə aid deyil, amma təəssüflər olsun ki, çox valideyn bu adlarını çəkdiyim davranışları öz övladlarına göstərməkdədir. Sizə demək istəyirəm ki, dürüst olmaq pis bir şey deyil, amma bəzən anlayış da lazımdır. Beləcə də heç bir övlad yalan danışmağa məcbur da qalmır. Millətimizin çox hissəsi Avropanı pisləyir, xristianları pisləyir, amma fikir versəniz, görərsiniz ki, onların övladları hər mövzuda ailələrinə qarşı dürüst ola bilirlər. Oranın valideynləri uşaqlarını bir böyük, bir yetişkin kimi görür. Amma bizdə "ana müqəddəsdir", "ata nə desə, qanundur" və digər ifadələr işlədilir. Ən pis hadisələr nəyə görə baş verir? Yalandan əlavə, anlayışsızlıq ucbatından. Bu da təəssüf ki, bizim ölkəmizdə daha çox baş verir... Mənimlə razılaşmayan, ya da əlavə fikri olan varsa, müzakirəyə açığam.
Hayat ve İnsan
Hf
Əssəlamu Aleykum xanım,məqalənizi oxudum. Reallığı əks etdirən hadisələri qeyd etmisiniz. Azərbaycanda və yaxud Şərq mədəniyyəti ənənəsi ilə qidalanan ölkələrdəki insanlar Qərbdəkilərdən çox fərqlənir.Mən Azərbaycanda nadir hallarda eşidərəm ki örfə,adət-ənənəyə bağlı oğul ,qız valideyinlərinə qarşı zor tətbiq edərək zərər versin.Ancaq Qərb xəbərlərində çox şahidi olmuşam.Fərq etmir X adlı ölkə olsa belə,bunu oxumuşam və görmüşəm.Son dönəmlərdə də Türkiyədə də baş verir.Fikrimcə səbəbi, bəsit əxlaq təməlləri inkar edilir ( fərq etmir bu insan hər hansı dinə mənsubdur ya yox,son yüzillərdə formalaşan ).Həyatın varoluşundakı mənasızlıq qəbul edilir və həyatda ediləcək münasibətlərdəki qarşılıqlı ünsiyyətlərin zahiri mahiyyəti olmasa da batini əhəmiyyətinin vacibliyi inkar edilir.Zahiri olaraq inkar etmək qeyri-mümkün olar.Çünki qidalanmaq üçün,içmək,yaşamaq üçün maddi imkan lazımdır.Mən özümün müşahidələrindən onu sezmişəm ki, avtobusda , kafedə, ictimai yerlərdə həyatın var olmağının mənasını inkar etsə belə oxuyan ,araşdıran ,həqiqətə can atan və bir də bünövrədən (ailədən) hətta anadan olmadan belə ağıla və fitrətə zidd olmayan adət-ənənə, dini mənsubluq altında böyüyən insanlar, insanları narahat edəcək hərəkətlər etmirlər.Düz danışmaq bəli, hər zaman lazımdır.Qarşı tərəfin də bu düzü hər zaman qəbul etməsi lazımdır,ələlxüsus özü tələb edirsə.Mənim özümün başına da gəlib, düzü tələb edib bir qədər ağır qarşılıq vermək.Ancaq mən əvvəl deyirdim niyə?. Ancaq sonra SSRİ kimi bir balota dövlətdə böyüyüb-yetişməyin mənfi cəhətlərini, sürü psixologiyası ilə hamının başını saman çöpü ilə doldurmaq fikirlərini bildikcə bu niyəni yığışdırdım.Düzdür, SSRİ- in vaxtında da ali təhsilli ziyalılarımız olub.Hələ son dövrlərdə həddindən artıq çox,amma ,uzun sözün qısası hamı üçün əlçatan olmayıb.Necə ola bilər ki, 18-ci əsrdə Hindistana yürüş edən şəxsin nəslindən gələnlər bu cür quru düşüncəyə sahib olsun.Cavabı məncə sadədir, SSRİ