Hf

Möhtərəm Mürşid Şeyx Muhəmməd Haşimi Maliki/Əşəri (ö. 1381); “Qardaşlarına öz əli ilə xidmət etməyi sevərdi. Ziyarətçi gələr, tələbə gələr, yanında qalardı, onlara yemək verər, yatağını hazırlayar, zəif bədəni ilə xidmət edərdi. Gecə yarısı qapısını döydüyümüz zaman qapını açar və insanlarla qarşılaşdığı paltarları ilə qarşımıza çıxardı, sanki hər an hazır bir əsgər kimi. Onu heç vaxt gecə paltarı ilə görmədik. Bir adam yanına gəldi və şeyxin əlini öpdü, şeyx də onun əlini öpmək istədi, amma adam buna icazə vermədi və: “Əstəğfirullah, əfəndim, mən buna layiq deyiləm, sizin ayağınızı öpərəm”, - dedi. Şeyx də: “Əgər ayağımızı öpsəniz, biz də sizin ayağınızı öpərik”, - dedi. O, yalnız Allah üçün qəzəblənərdi. Şamdan bir adam evinə gəldi və ona hücum etdi, lağ etdi və müsəlmanın tüklərini biz-biz edən sözlər söylədi, amma şeyx yalnız: “Allah səni xeyirlə mükafatlandırsın, qüsurlarımızı göstərirsən, bunları buraxıb gözəl əxlaqa sahiblənəcəyik”, - dedi. Adam uzun müddət qalmadı və nəhayət, şeyxin ayaqlarını və əllərini öpərək ondan üzr istədi”. الشيخ عبد القادر عيسى، ”حقائقُ عن التصوف“، ص. ٣١٠
Reklam
"Dilinə sahib çıxmaq"
Hz. Üqbə ibn Əmir (Allah ondan razı olsun) Peyğəmbərə (səlallahu əleyhi və səlləm) : "Qurtuluşun yolu nədir?" - deyə sual verdi. Peyğəmbər (səlallahu əleyhi və səlləm) belə buyurdu: "Dilinə sahib ol, evin sənə kifayət etsin və günahlarına ağla!" ("Sünəni-Əbu Davud") "Evin sənə kifayət etsin", - deməkdən məqsəd,yəni: "Gərəksiz yerə evindən çıxıb fitnəyə düşmə", - deməkdir. "Günahlara ağla", - sözü isə: "Peşmanlığını göstər və tövbə et!" - deməkdir.

Hf

, 1000Kitap'a katıldı.