Bu gün Azərbacanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.Şəhidimizə Allahdan rəhmət diləyirik.Səni əsla unutmayacağıq.Qəlbimizdə dastana dönmüsən
Bu gün Türkiyəli yazarin Mübariz İbrahimov haqqında yazdigi eyni adlı kitabından bəhs edecəyəm.Kitab Mübarizin anadan olmasindan,20 Yanvar faicəsindən,Xocali soyirimindan da bəhs edir.Turk yazarinin Mubarizə dəyər verib kitab yazmagi əla addimdi.Amma ki kitabda sevmədiyim bəzi məqamlar oldu. Düzdü bizdə türkük.Amma yazar Mübarizi Kürsadin,Sultan Toğrulun,Alp Arslanin,Sultan Mehmetin davamcisi kimi görür. Yəni Mübarizin belə əzimli olmağı bu hökmdarlardan irəli gəlir. Bəs mənə maraqlidi niyə Babək, Şah İsmayil,Uzun Həsən,Pənahəli Xan, Cavanşir yox niyə Kürşad, Toğrul,Mehmet? . Azerbaycan uğrunda vuruşan Babek ,Şah İsmayil, Uzun Həsən olduğu halda niye onların adı çekilmir. Kitabdaki bu hissələri hec amma hec bəyənmədim. Ana vətənimiz uğrunda canından kecən o qədər qəhrəmanlarimiz varkən heç birinin adı çəkilmir. Mərkəzi Asiyada var olmuş Göytürk dovlətində usyançıdan bəhs edilir. Bu məni sözün əsil mənasida çox üzdü...
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuş və 2005-ci ildə orta təhsilini başa vurub,əsgərliyə yollanır.Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Lakin Mübariz Qarabağa geri qayitmaq fikrindən dönmür,ailəsindən icazə alaraq cəhbəyə yola düşür və yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.Mübariz bununla da kifayətlənmir,düşmənimizin illərdi tökdüyü günahsız qanları, usaqlar,qocalara,gəlinlərə edilən zülmün qisasini almaq uçun alışıb yanır. Mübariz İbrahimov ailəsinə məktub yazir." Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.