Qorxulu elmi-fantastikanın təməli)
6/10
·96 syf.··
2024 26. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Temmuz 2024 01:08
Əvvəla qeyd edim ki, Lavkraft aludəçilik yaradır. Onunla paralel başqa alt-janrlarda qorxu əsərləri oxusam da, eyni effekti ala bilmirəm. Niyəsə qotik qorxu üslubu oxuyan anda "Scooby-Doo" cizgi filmini xatırlayıram və gözümdə o cizgi filmdən kadrlar canlanır. Kosmik qorxu isə tamamilə başqadı. "Qaranlıqda pıçıldayan" əsəri bu janrın niyə belə adlandırılması sualına da bariz cavabdır. İlk dəfə idi ki, Lavkraftın əsərində sırf planetlər arası səyahətdən söz açıldığına şahid oldum. Maraqlıdır ki, sözügedən mövqeydə Pluton planeti (hazırda planet deyil) yerləşir ki, Pluton da mifologiyadan yeraltı dünyanın tanrısı - əksər animasiya və əsərlərdə çoxluğun qorxduğu - kimi qarşımıza çıxır. Əsərdə qorxu ilə yanaşı nə vaxtsa mümkün olacaq texnoloji innovasiyalardan da söz açılır ki, məhz buna görə də əsəri müəyyən mənada elmi-fantastika qığılcımları daşıyan hekayə adlandırmaq olar. Ümumi olaraq hekayədən çıxarılan nəticəyə qaldıqda, subyektiv olaraq mən "Ambisiyaları uğrunda insanın bəzən ölümə belə çəkinmədən addımladığı, rasional olmayan qərarlar verdiyi, güvənilməyəcək vədlərə güvəndiyini" başa düşdüm. Oxuyacaq hər kəsə xoş mütaliələr arzu edirəm)
Korku
Karanlıkta FısıldayanH. P. Lovecraft · Kızıl Panda Yayınları · 20211,365 okunma
Puan vermedi
John Steinbeckin oxuduğum ilk kitabı olsa da, təhlilini yazdığım 2-ci əsərdi. Bəlkə də, ədəbiyyatda ən gözəl əsər deyil, yaxud Steinbeckin ən yaxşı əsəri deyil, amma mənim üçün xüsusi yeri var bu kitabın, təsirindən uzun müddət çıxmadığım, hüzünlü sonluğa malik əsərlərdəndi. Ilk oxuduğumda əsəri çox sevmiş və Steinbeckin qələmini bəyənmişdim. Bu əsər ona görə xüsusidir ki, mənə John Steinbecki tanıtdı, onun digər və bəlkə də daha maraqlı əsərləri ilə tanış etdirdi. Kitabı, dediyim kimi, ikinci dəfə oxudum. Eyni hisslərlə, eyni duyğularla və eyni göz yaşları ilə. Bilmirəm kimə necə (və niyə) təsir edir, amma mən bəlkə üçüncü dəfə də oxusam, duyğularım dəyişməz. Lenniii - ədəbiyyat tarixində bəlkə də ən çox mərhəmət hissimi ortaya çıxaran obraz ola bilər. Fiziki görünüşünün əksinə, masum, uşaq kimi xasiyyəti ilə o məndə başqa yerə malikdi. Eyni şeyi dəfələrlə təkrarlaması, buna rəğmən unutması, davamlı olaraq arzularını dilə gətirməsi o qədər özünə yaxın hiss etdirir ki. Lenni qorxur, Lenni sevir, Lenni əzizləyir. Amma necə sevməyinin onun üçün əhəmiyyəti yoxdu, o sadəcə sevir, sevir və öldürür. Onun xəyalları var, dovşanları olacaq. Amma bilmir ki onları da öldürəcək, siçanlar kimi, küçüklər kimi.. Amma yenə xəyal edir, ümid edir. Onun bir dostu var arzularını, planlarını bölüşdüyü, ona tanrı kimi baxır. Corc nə deyirsə o, Corc onun üçün hər zaman haqlıdır, ona görə də sonunda Corc ona desə idi ki, mən səni öldürməliyəm, cavabında deyərdi ki, haqlısan, öldür.. Halbuki onun iç səsi dəfələrlə müxtəlif obrazlarda Corcun onu tərk edəcəyini deyəndə inanmırdı. Corc etməz deyirdi. Corc özü bunu dilə gətirsə idi, o zaman inanacaqdı çünki ona özündən də çox inanır. Corc - Lenninin əksinə olaraq o daha ağıllı, məntiqli yol ilə irəliləyir. Zamanla Lenniyə əsəbiləşir, amma bəlkə
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,8bin okunma