Sizinlə barışa bilmirəm mən.
Eyni ağaclar
tamam başqa-başqadı ürəyimizdə,
adları dilimizdə bir olsa da.
Ayrı-ayrı yerlərə gedir
üstüylə addımladığımız
eyni yollar.
Yaşadığımız günlər, aylar
bir dövrün, bir zamanın içində deyil,
eyni yerdə, eyni vaxtda
görüşə bilmərik biz.