Təbriz Hüseynov - Bir başqa şəhər #şeir Bu şəhərdə hər şey tamam başqadı, Gördüyüm küçələr, tinlər, dalanlar. Nə qədər fərqlidi, eh bu şəhərdə Acı həqiqətlər, şirin yalanlar. Demək sevgilər də fərqli olarmış, Bənzəmir, sevgilər bir başqasına. Səni sən eləyən sevgin, qürurun Demək bu şəhərdə bir başqa sına. Gül üzlü insanlar gördüm, burada Olar ki, güllərdən daha tez solur. Sən demə ayrılıq yıxır, onları Burda ayrılıqlar bir başqa olur. Burada elə hey küləklər əsir, Ya da ki,hərdən bir yağışlar yağır. Bu kiçik şəhərin hər bir sakini Eyni bir yağışdan fərqli islanır. Heç kəs tərk eləmir,bax bu şəhəri Burada ümidi yarım qalsa da. Dünyada ən gözəl şəhər buradır, Nə qədər qəribə şəhər olsa da...
Başqadı, başqa
Yazıram yenədə düşünüb dərin, Xeyiri çox azdır, bu qədər şərin. Dünyanın malını gəmirənlərin, Zəlisi başqadı, ilanı başqa. Çiçəyi gül açdı quruyan bağın, Bəlkə də sonudur bu ot-alağın. Təzələr köhnəylə qarışan çağın, Yenisi başqadı, solanı başqa. Qəlbində hissinə qarşı duranın, Ağılla seçəcək sevgili yarın. Ağılı bir qarış, duman olanın, Sevgisi başqadı, yalanı başqa. Əziz sən qoyma ki həvəs tükənsin, Sözlərin ox kimi pisləri dəlsin. İnanma bu dünya birdə düzəlsin, İtkisi başqadı, qalanı başqa. Əziz Qənbərov
Hayata Dair
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İnsan nə istər? Bilinməz... Bilinməzlik də bilinməz. Bilinən tək şey vardır. Hərkəs aydınlıq arayan bir soraqçı . Hamı öz aydınlığının arayışıda günləri aylara ayları illərə calaq edər. Nəhayət varar son mənzilə - “ Qara” torpağa. Aydınlıq arayıb qaranlıq bulmaq da nədən? İnsan çox istərsə istəyinə varar demiş müdrik qəlbi olanlar. Bəs nədən bu aydınlığın əvəzi olmuş qapqara , zilqara torpaq... Bəlkə gözlər acizimiş görməkdən qaranlığın aydınlığın. Onun aydınlığı bənzəməz mum işğına , günəşin şəfəqlərinə , ulduzların işartısına , ayın parlaqlığına. Qaranlıq ən çox gecələr bariz olarmış. İnsanlarda onla qovuşmaq üçün gecəyə ip çəkərmiş. İpin ucundan tutub dərd qəmlərdən qaçarmış. Qaça – qaça ay adın da nurun tamaşasına çıxarmış. İlk başda sanmaq olarmış , bəlkə aydan gəlirmiş gecənin aydınlığı ya bəlkə minbir Ulduzdan. Amma yox bunlar ki pəncərəsiz bir oda da közü sönmüs kömür təki daha alışıb yanmaz , nə işıq sacar , nə soyuqluq ,nə sıcaqlıq. Demək başqadı göz arayan aydınlıq odada ki qaranlıqda. Bəs nədədir gecələrin möcüzəsi? Nədir sirri ? Gecənin möcüzəsi elə onun sirli qoyun – qucağında saklanmışdır. Varmı daha aydını? Qapanan gözlərdə görülən rüyalar qədər. Varmı daha aydını ? Ana layalası olub ruha çilənən. Varmı daha aydını ? Eşq pıçıldayan iki nəfəsin hərarəti qədər. Varmı daha aydını ? Sabahın möcüzəsini gözləyən amma sabahdan gözlədiyi möcüzəni aydan – ulduzdan diləyən ürəkdən? Gecələr həm də sirdaş , çıxmış yola yoldaş olub ruhumla gəzmişlər birər -birər xəyalları sarmışlar ümidləri , qapamışlar qorxuları. Səyahətin uzunu var qısası var , əvvəli var axırı var . Bəziləri bilərdə gedər yolunu , bəziləri bilməzə salar mənzilini. Nəhayət ki varanda son dayanacağa ya boylanmaq istər keçmişə ya da baxmaq istər başqa mənzillərə. Sığmaz ruhu vardığı bu
Mən qələm tutmağı bilməm . Onu tutan sevinc dolu anlarım . Bu dəfəki anım Sevincə yad. O narahatlıq adlı bir dünya. Çox yazmışkən sevgidən , eşqdən bu ayna , istedi danışa sevdiyinə sevgi adlı bir dastan. Sevən nədən sevər bilinməz , sevgi kimdən gələr, hara gedər bilinməz. Hansı çiçək nə rəng açar bilmək üçün yazı gözləyən bağban kimi , eşq arayan bir bilinməz sorağıyla sevgi deyə açan gülə həsrət qalar. Mən sevgini min bir rəngli bağda buldum. Masmavi göy üzünün dənizdə əksində səni buldum. Mən yaralara məlhəm olan dəva buldum. Mən yaradan adlı simada yaradılmış olan məni buldum... Diyar- diyar gəzdim səni. Tək - tək qoxladım açan çiçəklərini. Mən sevməyi bu cənnətdə bulduğundan sevgimə cənnət dedim sevdiyimə cənnət məkan. Sevdiyimin ruhu safdı , gözləri əksimə baxan bir bulaqdı. Sözləri ruhuma məlhəmkən susqunluğu qəlbimə yara olub sızı verər , həsrət adlı toxum əker. Mən bu cismə tərif desəm ömrümə bir igid ömrü calamaq gərək. Fəqət ruhuna dalsam əgər deyə laf qalmaz , söz tutmaz dil sevirəm, sevirəm və sevirəm sözdən başqa... Onsuz dünya cəhənnəmkən , onlu dünya bir başqadı . Onlu olmaq ruha -ruh , cismə -cism bulmaqdadı.Bu anlamsız dünyada anlam bulub doğulmaqdı. Onlu olmaq hilalın tam olması , bir cismə qovuşması . Sözlər - sözə uyuşmazsa , gözlər-gözlərə baxmazkən onlu olmaq onsuzluqdu. Onsuzluq zindan olub , gözlərimdən axan yaşda boğulmaqdı.
Əslində, bütün insanlar - yəni biz hamımız bir evin sakinləriyik. Nəhəng bir evin! İntəhası, pəncərələrimizin yönü, səmti başqa-başqadı.