Yoxsa bir-birinə söyləməyə sözləri yox idi? Halbuki gözləri daha ciddi şeylərdən danışırdı; bayağı cümlələrdən yapışmağa çalışdıqca bədənlərinə eyni yorğunluğun çökdüyünü hiss edirdilər; bu yorğunluq sanki ruhun dərin, aramsız, bütün digər səslərinin pıçıltısı idi.
İnsan qəlbini riqqətə gətirməyən bədii əsərlər, zənnimcə, incəsənətin başlıca məqsədindən uzaq düşüb.Həyatın qəm-qüssəsi arasında nəcib obrazların, ali hisslərin və xoşbəxtlik təsvirlərinin mövcud olduğu aləmə fikrən köçmək fərəhgətiricidir.Mən isə mədəni mühitdən uzaq bir məkanda yaşadığıma görə qiraət yeganə əyləncəmdir.
Sizdə elə olubmu ki, hansısa kitabda öz fikrinizə, amma həmin günə qədər heç vaxt düşünmədiyiniz, hansısa aydın olmayan, sanki uzaqdan sizə qayıdan və sizin hisslərinizin ən dolğun ifadəsi olan bir obraza rast gəlmisiniz?
– Hərgah gəzinti onun üçün məsləhətlidir, amma o, otağına çəkilib kitab oxumağa üstünlük verir.
– Mənim kimi, – Leon dedi, – həqiqətən də, axşamları kitabla buxarın yanında əyləşməkdən gözəl nə ola bilər? Külək pəncərələrə döyür, otaqda lampa yanır…