Mən sakit görünən, mənim artıq tərk etdiyim, çoxdan ayıldığım, başqalarının isə hələ yaşadığı bu həyatı, həyat deyilən bu uçurumun çatdaqlarında, orda-burda qalan insanları daha görmürəm.
Bundan sonra, görəsən, sənin nazını kim çəkəcək? Kim səni oxşayacaqdır? Səni kim sevəcəkdir? Sənin yaşında olan qızların hamısının atası olacaqdır, təkcə səndən başqa.Mənim balam, yeni ildə gözəl oyuncaqlara, hədiyyələrə, şirin konfetlərə, öpüşlərə, yeməyə, içməyə, bədbəxt yetim qızcığazım, bəs necə dözəcəksən?
Görəsən, onlar belə bir dəhşətli məsələ barədə bir an düşünmüşlərmi? Düşünmüşlərmi ki, başını bədənindən ayırdıqları bir insanda, yaşamaq eşqilə çırpınan, gələcəyə can atan ağıl, ölümü qətiyyən arzulamayan bir qəlb vardır?!