Məgər birlikdə yol getdiyimiz zaman yanımca addımlayan adamın əsl insan olduğunu bütün varlığımla hiss etmirdimmi? İnsanların bir-birini başa düşmələri üçün, bir-birinin daxili aləmini, ürəyini tədqiq edib öyrənmələri üçün danışmağın heç də zəruri olmadığını elə bu vaxtlar başa düşdüm.Bəzi şairlərin təbiətin gözəlliyini seyr edərkən nə üçün yanlarında dinib-danışmadan addımlayan yol yoldaşı axtarmalarının səbəbini yaxşı başa düşdüm.
Nə üçün təzəcə gördüyümüz pendir parçasının keyfiyyəti haqqında müəyyən söz deməkdən çəkinir, lakin ilk dəfə rast gəldiyimiz adam haqqında heç də vicdan əzabı çəkmədən son, qəti bir qərar çıxarırıq?!