Siz yəqin ki, Braziliya çaylarında üzən balaca balıqlar haqqında eşitmisiniz; birdən minlərlə belə balıq suya girən hansısa kəmfürsət bir adamın üstünə cumur, bir neçə saniyənin içində onu yeyib qutarır, gözünü yum, aç: görəcəksən, yerində sür-sümük — skelet qalıb."İstəyirsinizmi ki, şəxsi həyatınız olsun? Bütün insanlar kimi." Yəqin ki, bu suala "hə" cavabı verərdiz. Buna necə "yox" deyəsən.Razısızmı? İndi sizi gəmirirlər: budur, bax, işiniz-gücünüz, ailəniz, üstəlik, asudə vaxtınız. Və iti dişlər bədəninizə sancılır, sümüyünüzəcən işləyir.Ancaq ədalətli deyiləm. Burada yırtıcı heyvanlardan söhbət getmir. Əvvəl-axır bizdə bütün işlər beləcə qurulub: kim kimi harda gəmirdi...