Canı yar alsa bu sevdada ziyan olmadıki,
Can ki canana fəda olmadı,can olmadıki
Nə bəla çəkdisə başın,olub Allah şahid
Tərk edəndə səni ətrafın,asan olmadıki
Elə böhtanlara düşdün,elə fəryad etdin
Kim məhəl qoydu? qulaq barı asan olmadıki?
Belə baxsan, nə çətin şeydi ki tənha qalmaq
Nə kəsən oldu səni,həm nə asan olmadıki
Kim kimin naləsini indi alırki vecinə,
Nə edirsən bu qədər ahu-fəğan,olmadıki
Nə olursa olacaq,olmuyan onsuz olmur
Hansı iş olmalıdırsa,nə zaman olmadıki?
Neçə illər əlin öp,sonrada əldən-ələ sal
Bu özü yaxşı fikir,yaxşı güman olmadıki
Pisimə bəh-bəh edən,indi danır yaxşımıda
Bu nə məntiqdir? Bu iş ağla batan olmadıki
Mən sizi aşnan,amma siz məni daşnan?nə gözəl
Nə ədalətdi bu? Hətta,qana-qan olmadıki
✍️Axund Azər Sani