“Bəlkə tək bir qorxulardan başqa heç bir şeyin musiqi kimi oyatmağa qabil olmadığı anımlar, xatirələr, ötüb getmiş günlər, saatlar, sifətlər saniyə içində yaddaşını limhəlim doldururdu və Kərim birmirdi ki, xatirələrin bu üzücü dəvətindən hara qaçıb canını qurtarsın”.
“Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şüphələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.
Telefon susmuşdu”.
“Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm”.