Abbasova

Abbasova
@bibliofil_
Matamatik Öğretmeni
Ögretmenlik
Azerbaijan
Azerbaijan Baku
26 okur puanı
Nisan 2021 tarihinde katıldı
Puan vermedi·74 syf.··
2021 17. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Mayıs 2021 13:59
Bu kitabın üz qabığından və adından gördüyümüz qədəri ilə oxuduğumuz ilk 2 - 3 səhifədən artıq burada "bir insanın böcəyə dönüşməsi" haqqında yazıldığını anlaya bilərik. Lakin kitab anlayan üçün, çox böyük mesajlar verir. Kitab Gregor Samsa adlı bir şəxsin səhər yuxudan oyanarkən həşərata dönüşdüyünü anlaması ilə başlayır. Burada Gregor'un dönüşümə uğradıqdan sonra, doğmaları, sevdikləri, ailəsi və toplum tərəfindən necə dışlandığını, təcrid olunduğunu və insanların gözündə artıq həşəratdan başqa bir şey olmadığın görə bilərik. Ama Gregor sadəcə zahiri baxımdan dönüşümə uğramışdı, daxili baxımdan o hələdə həmin Gregor idi. O sanki insan ruhlu bir böcək idi. Lakin bu dönüşüm sadəcə onun görkəminə aid olmuş olsa belə, ailəsi onu qəbul etmək istəmirdi, və onu artıq əvvəlki tək sevmirdilər. Burada bizə bir az fərqli olduğumuz zaman, insanlar tərəfindən bəyənilmədiyimiz və necə təcrid olduğumuz mesajı verilir. Bundan əlavə, insanlara yararlı olduğumuz, onlara fayda verdiyimiz müddətcə onlar tərəfindən sevilə bilirik, sayğı görə bilirik. Ancaq bir gün onlara yararlı ola bilmədiyimiz zaman artıq onlar üçün lazımsız oluruq. Hətta bəzən bizdən qurtulmağa belə çalışırlar) Və ən acınacaqlısı əsərin sonunda Gregor ölür, ancaq ailəsi buna belə üzülmür, əksinə ondan qurtulduqları üçün sevnirlər:(
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022268,3bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·424 syf.··
Beğendi
·
2021 15. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Mayıs 2021 22:55
Çox möhtəşəm bir əsər idi. Bu əsər içində nələr daşımır ki.. Sevgi, mərhəmət, dostuq, istirab, fədakarlıq, peşmançılıq, müharibənin amansız şərtləri və insanların həyatında buraxdığı o dərin izləri... Çox dərin duyğularla zəngin bir kitabdır. Əsərdə relslər üzərində intihar etməyə qərar vermiş iki yad insanın həyatından bəhs edir. Bu "həmrelslər" relslər üzərində uzanıb qatarın gəlməsini gözlədikləri müddətdə bir biriləri ilə hayat, ölüm və başqa sahəhərdə olan fəlsəfi fikir və düşüncələrini bölüşürlər. Sonra isə sıra onların həyat hekayəsinə gəlib çatır. Burada serblərlə boşnakların arasında olan düşmənçilik, və bu millətlərin arasında gedən müharibə təsvir edilib. Əsərdə müharibənin o dəhşətli səhnələrinin, insanların həyatlarını necə məhv etdiyinin, onların həyatında bir ömür unuda bilməyəcəkləri necə dərin izlər buraxmasının, və orada edilən inşgəncələrin şahidi oluruq. Biz bu əsərdə sevginin gücünə şahid oluruq! Sevgidən doğan o böyük fədakarlıqlara şahid oluruq! Sevgi çox qüdrətli bir hissdir və hər şeyə qadirdir. İnanıram ki həyatda da belə gözəl sevən insanlar vardır. Kitabı hər kəsə tövsiyə edərdim. Xoş oxumalar.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,815 okunma