“ Amma düz deyirlər ki, həyatın ən aşağı nöqtəsinə enəndə, ən pis vəziyyətdə olanda birdən dəyişirsən. Və nəyəsə nail olmağa başlayırsan. Hər bir insanın həyatında elə bir dönüş nöqtəsi , elə bir hadisə olur ki, bu onun bütün gələcək həyatını, həyata baxışlarını və hislərini,düşüncələrini,inamını dəyişir.”
Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər,ağılsız hərəkətlər etməyə vadar edir ? Bəlkə də biz taleyimizlə qarşılaşırıq ? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğurdan da belə bir şey var ?