"Bir də nəzərə alsaq ki, mən heç də tək-tənha, ağac oyuğunda deyil, adamların arasında yaşayıram, deməli, həyatım, bir o qədər də pis keçmir, dünyada məndən də bədbəxt adamlar var. Hərçənd ki, bu mənim fikrim deyil, anamındır, o tez-tez deyərdi ki, adam hər bir şeyə alışa bilər, nəyə desən tab gətirər."