Samir Hüseynquliyev

Samir Hüseynquliyev
@birikicumle
Kitapçı
Mingəçevir
1987
152 okur puanı
Ekim 2018 tarihinde katıldı
Puan vermedi·472 syf.··
2023 14. kitabı
Bu kitabı da yazın ölmədən öncə mütləq oxunacaq kitabların siyahısına. Əsər XX əsrin əvvəlləri Avstriya-Macarıstan imperiyasının sosial həyatını, insanlar arasındakı qarşılıqlı münasibətləri fəlsəfi, düşündürücü bir dillə çatdırır. Kəskin süjet xətti olmadığına görə davamlı roman oxuyan, əsasən də detektiv oxuyan oxuculara sıxıcı gələ bilər. Ancaq buna baxmayaraq, əsər əsl ədəbiyyat nümunəsidir. Ümid edirəm, tezliklə Azərbaycan dilinə tərcümə olunub nəşr olunar.
Niteliksiz Adam 1Robert Musil · Aylak Adam Yayınları · 20181,387 okunma
Reklam
"Cənnətin Şərqi"ndə baş verənlər...
Puan vermedi·680 syf.··
2023 13. kitabı
İki ailənin – Hamiltonlar və Traskların həyat hekayəsi. Əvvəla, onu deyim ki, Con Steynbekin qələmi möhtəşəmdir. Əsərdəki hadisələr, obrazlar o qədər aydın və gözəl təsvir edilib ki, oxucu özünü hadisələrin bir hissəsi hiss edir əsəri oxuyarkən. Əsərin belə təsirli olmasının bir səbəbi də yəqin ki, müəyyən qədər avtobioqrafik səciyyə daşımasıdır (əsrin qəhrəmanlarından biri – Samuel Hamilton müəllifin babasıdır). Əsər bir-birinə zidd qəhrəmanlarla zəngindir, bu da oxucunu əsər boyunca daima gərgin vəziyyətdə saxlayır. Bir obraza əsəbləşib, onun tezliklə cəzalanmasını istəyiriksə, digər bir obrazla kədərlənib onun dərdini öz dərdimiz bilirik. Ümumiyyətlə, əsər oxuya biləcəyiniz ən yaxşı əsərlərdən biri ola bilər. Əsərdəki obrazların dünyagörüşü ilə razılaşmasanız da, əsərin sizi düşündürəcəyinə, empatiya hissinizi son həddinə qədər zorlayacağına əminəm.
Cənnətdən Şərqə DoğruJohn Steinbeck · Qanun Nəşriyyat · 202211,4bin okunma
#oxuyun
Puan vermedi·294 syf.··
2023 12. kitabı
Kitab qədim Mesopotamiya mədəniyyətinin sonrakı təktanrılı dinlərə, xüsusilə islama təsiri haqqındadır. Müəllif məsələni çox gözəl araşdırıb və oxucuya da çox gözəl çatdırır. Kitabda yazılanların müəllifin şəxsi fikirləri, fərziyyələri yox, faktlara əsaslanması isə kitabı xüsusilə dəyərli edir. Kitabı oxuyanda həm çox yeni məlumatlar öyrənəcək, həm də doğru bildiyiniz bir çox yanlışların fərqinə varacaqsınız. Ümümiyyətlə, kitab bir çox məsələdə fikirlərinizi dəyişə biləcək bir kitabdır. Dinlər tarixi ilə maraqlananların mütləq oxumalı olduğu bir kitabdır.
Din
Sümerlerden İslama Kutsal Kitaplar ve DinlerArif Tekin · Berfin Yayınları · 2017297 okunma