Mikayıl Müşfiq - Pedtexnikum
Ömrüm səfalətlərin dərin çuxurlarında Ölgün vərəqlər kimi sürünən bir zamanda, Dərs alıb bir çırpınan qartal qanadlı quşdan, Çəkdin, çıxartdın məni yıxıldığım yoxuşdan. O vaqıt bir çocuqdum, soqaqlardı məskənim, Başdan-başa həyatım bir silinməz ləkəydi. Kimsə bilməzdi sonum nə olacaqdır mənim, Keçdiyim yollar bütün qazıqdı, təhlükəydi. Toz-torpağın altımda buraxdığı izləri Görənlər, sağalmayan bir yaradır, sanırdı. Quruyordu get-gedə ömrümün dənizləri, Bir qaynaq həsrətilə gözlərim bulanırdı. Nazi-nemət içində bəslənən bəxtiyarlar Sanki diyorlardı ki, yazıq, nəhayətin nə? Qart daşları güldürən bu köhnə zəngin diyar Hər baxışda ruhuma saplıyordı bir iynə Fəqət böylə qalmadı, bir ana şəfqətilə Sən bu yetim varlığı qucaqladın, bəslədin. Yeri-göyü titrədən bir şimşək qüvvətilə Məni bir dağ başından harayladın, səslədin. Kim bilir ki, sayəndə qaç zavallı dərbədər Xilas olmuş saydığım bu məchul acılardan, Sən, ey ürfan ocağı, sən olmasaydın əgər, İnsan olurdumu bu gördüyün bəxtiyardan?
Okaber #13
Elə bil MS-13, Yakudze, Kasta qurublar! Marsda buruqlar tapılır. Usta kruqları dağıdır asta qruplar, Hansı ki gözləri qan səhərə qədər postda durublar. Bizdə belədi gərdişi-dövran, Hər işi böhran olanın, vərdişi böhtan. Gəlmişi çoxdan unudub keçmişini bu qədər sadə, Vəziyyət fövqəladə! Dön gəl Adəm! Adə, mənə bax biradər. Danışır soyqırımdan, danışıdıqca soy qırılır, Deyir ki: "üzümə tüpür, döy məni, söy qırılım". Əşşi nəisə.. Bir gün başıvız daşa dəysə, Ölümün gözünə baxın 10 nəfərin 5-i geysə. İncə-mincə, domestic animal ya da pet, Bizlər lycan, majestic cannibal ya da Mad! Mən. Siz. Birdə külək, birdə yağış! Sülh. Hərb. Müharibə. Yoxdu barış! Gəl. Bax. Gələn gedir, gedən ölür! Dön get #OnÜç addım, geriyə dön gəl! Mənə lazım deyil qafiyə əvəzinə rhyme demək, Əsas daim demək! Kim nə qədər hit yazıb? Bilmirəm sayın bilək. Medal asaq boynundan, ağzının payını verək! Qlamur həyat tərzinə can atır can xanım, Gönçeyigül Badi-Səfa Tövhə Müşərrəf Pikə Sultan xanım, Adriana Lima karması.
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Duyğu reseptorlarından gələn biofiziki impulsların yekunu - bizim hiss, duyğu adlandırdığımız "poetik" hormonal şeylər, yəni bilavasitə, hissin özü heç bir praktiki əhəmiyyət daşımır. Bu, eyniylə heyvanların da yaşadığı sırf bioloji aktdır. İnsan heyvandan fərqlənərək, ictimai hərəkətin mövcudluğu sayəsində, təkcə xaricində realizə olan prosesləri yox, bu proseslərin onun öz bədənində, biologiyasında yaratdığı reaksiyanı - hissi, duyğunu LİNQVİSTİK OLARAQ KODLAŞDIRIR, ADLANDIRIR - MƏNALANDIRIR. Öz duyğularını nəzəri olaraq mənalandırma, ona anlam vermə və ondan anlam çıxarma, kateqorizasiya etmə (sevinc, qəm, kədər, dəhşət və s.) qabiliyyəti təkcə insan növünə xasdır. Amma illərin ictimai təcrübəsi və insanlarla çoxillik münasibətlərdən uzun müddət sonrası üçün sağ qalan yeganə duyğu məyusluqdan başqa bir şey olmadıqda bu qənaətə gəlirsən ki, - baş verənlərdən, yaşadıqlarımızdan, etdiyimiz və bizə edilənlərdən - pisliklərdən, yaxşılıqlardan, xəyanətdən, sadiqlikdən məntiqi heç nə anlamadığımıza görə bu duyğular ya bütövlükdə mənasızdır, ya da bunu mənalandırmaq qabiliyyətində - heyvanın bitib insanın başladığı yerdə, heyvanlardan bizi ayıran bu ictimai-bioliji böhran nöqtəsində - heç bir xüsusi cəhət yoxdur. Onda yaşadığını adlandırmayan, ona məna yükləyə bilməyən, prosesləri ictimai deyil, sadəcə bioloji səviyyədə yaşayıb bitirən heyvan və onun mövcudluğu çox daha əlverişli görünür. Toğrul Qaralı
Düşünce