Hər sevgidə daim bir az dəlilik olur.
Dəlilikdə də daim bir az ağıl.
Və həyat aşiqi olan mənə elə gəlir ki, kəpənəklər, sabun köpükləri və onlara bənzəyən insanlar daha məsuddurlar.
O halda bəs sizin gündüzkü qürurunuz, axşamkı itaətiniz nəyə gərəkdir?
Həyat dözülməzdir: özünüzü nərmə-nazik göstərməyin siz də! Biz hamımız qəşəng yük eşşəkləriyik.
Üstünə düşən bir damla şehdən titrəyən tumurcuqla orta kəsiyimiz var bizim?
Düzdür, biz həyatı sevirik: həyata deyil, sevgiyə alışdığımız üçün.