Bookish

Bookish

, bir kitap okudu
Puan vermedi·96 syf.·
2025 9. kitabı
Celil Memmedguluzade
9.3/10 · 1.277 okunma
Reklam
Mənim adım kefli İsgəndərdir; bəs sizin adınızı nə qoyaq? Mən dağları, ulduzları və dünya aləmlərini bura şahid çəkirəm və bu qızlara nişan verirəm, soruşuram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər". Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: "Ölülər..."
Ölən qardaşlarınızı, bacılarınızı və övrət-uşaqlarınızı dirilməyə razı olmadınız. Niyə razı olmadınız ? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: " Tfu, sizin üzünüzə!"
Ölülər rahat idi. Əsl dirilməli olanlar "yaşayanlar" idi.
Həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?
Reklam