Bookish

Puan vermedi·133 syf.··
2024 17. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Mayıs 2024 17:17
Romeo və Juliet məncə heç də deyilən qədər, böyüdüləcək, təsirli bir sevgi hekayəsi deyil. Bir eşq hekayəsindən çox 13 və 17 yaşlı iki gəncin 3 günlük münasibətinin ölümlə bitdiyi faicədir. Romeo Rosaline'ni unutmaq üçün Julieti istifadə etdi, Juliet də bunu eşq bildi Romeo ve Juliet
Roman
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,8bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·224 syf.··
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Şubat 2024 20:54
İlyas Əfəndiyevin qələminə heyran qalmamaq mümkün deyil. Əsər Nuriyyə adlı gənc qızın qarşısına gənc leytenantın çıxmağı, onu sevməyi, sonra onun xəbər vermədən getməsi ilə başlayır. Sonra həyat deyilən şey illər sonra iki gənc insanı qarşılaşdırır. Tək fərq artıq biri bambaşqa həyat yaşayır. Burada qadın sevgisi, qadın mərdliyi və qadın qüruruna çox incə yanaşmışdır. Romanda təkcə məhəbbət motivləri yoxdur. Həmçinin Quzey və Güney Qışlaq timsalında "qonşun ac ikən sən tox yatma" məsəlini xatırladır. Bunlardan başqa mənə ən çox təsir edən Səadət obrazı oldu. Qısqanclığı bir qadının ürəyindən, həyatından böyük sevgisinə şahidlik etdirir. Sevgi o qədər böyük olur ki, insan özünü, ətrafını unudur. Romanda haqq verilməsə də böyük, dərin sevgi yaşayanlar anlayıb, onun yaşadığı hissi bilib "kaş məndə onun kimi bu xəstəliyimin öhdəsindən gələrdim" dedizdirir. Söyüdlü Arx İlyas Efendiyev
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
Puan vermedi·687 syf.··
2023 14. kitabı
Edilən günahın cəzası nədir ? Qanun qarşısında verdiyi cavab mı? Yoxsa vicdanın qarşısında verə bilmədiyin cavab mı? Boşuna gedən bir həyatı yoluna qoymaq üçün düşünülmədən, istəyərək istəmədən günaha qarışmaq və bütün həyatını düzəltmək yerinə alt üst etmək. Xəyalında canlandırdığın bir şey əldə olunsa da, vicdan qarşısında ondan sona qədər istifadə edə bilməmək.Bu əsər başlardan bütün klassiklər kimi cəlb etməsədə sonra özünə bağlayan və düşündürən bir şah əsərdir. Bəlkə hər bir oxuyucuya fərqli təsir bağışlayır. Ancaq mənə görə bu əsər "İnsanın ən böyük cəzası onun vicdanı qarşısında olandır" nəticəsinə gətirir. Gənc Raskolnikov etdiyi günahın cəzasını anladı və mənəvi böhranı sürgünə qədər davam etdi. (Bu kitabın ayrı bir özəlliyi isə kitab oxuma yaradıcılığıma ilk bu kitabdan başlamışdım. Kitabların həqiqətən içində yeni dünya yaratdığına inandırmışdır)
Edebiyat & Roman
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,2bin okunma
Puan vermedi·240 syf.··
2023 12. kitabı
·
15 saatte okudu
·
Okunma: 23 Ağustos 2023 09:13
Əvvəlcə başdan sona bir sevgi hekayəsi oxuyacağımı zənn etsəm də oxuyarkən belə olmadığını başa düşdüyüm kitab oldu. Amma bu kitab təkcə onların bir-birlərinə olan sevgisini deyil, eyni zamanda vətənlərinə olan sevgisini də ön plana çıxarır. Əli və Ninonun ta məktəb illərindən başlayan sevgiləri, yaşadıqları ölkələrin savaşları,ayrı-ayrı mədəniyyətləri,baxış bucaqları çox gözəl alınıb kitabda. Sevgi romanı kimi tanınsa da mən qəhrəmanların sevgisindən çox xarakterlərinin, düşüncələrinin,güclərini sevdim.
Edebiyat & Roman
Əli və NinoKurban Said · Bakı, Altun Kitab Nəşriyyatı · 20103,271 okunma