R.F

Albert Camus - Yad
Puan vermedi·112 syf.··
2025 32. kitabı
Albert Camus-nun “Yad” əsəri mənim üçün təkcə bir kitab olmadı. Bu, insana bir güzgü tutan əsərdir. Ən başdan hiss edirsən ki, baş qəhrəman – Merso – hamıdan bir az fərqlidir. O, həyatdakı hadisələrə bizim gözlədiyimiz kimi reaksiya vermir. Anasının ölümündə ağlamır, özünü qəmgin göstərmir. Və bu artıq oxucuya qəribə gəlir. Camus-nun absurd fəlsəfəsi burada açıq görünür. Həyat bəzən həqiqətən mənasızdır. Biz isə həmişə bir səbəb, bir izah axtarırıq. Merso isə belə bir axtarışda deyil. O, sadəcə yaşayır – nə artıq, nə əskik. Məni əsərdə ən çox təsirləndirən məqam məhkəmə hissəsi oldu. Burada onun qətli mühakimə olunur, amma sanki əsas mövzu bu deyil. Sanki cəmiyyət deyir: “Sən niyə hamı kimi davranmadın? Niyə ananın dəfnində ağlamadın?” Və bu ona ölüm hökmü gətirir. Əsərin sonunda Merso ölümü qəbul edir. Və maraqlıdır ki, məhz o an azad olduğunu hiss edir. Çünki ölüm qaçılmazdır, amma onu dərk edəndə həyatı olduğu kimi sevmək daha asan olur. Məncə, Camus burada bizə bir dərs verir: həyatın mənasız olduğunu bilə-bilə, onu sevmək – insanın ən böyük üsyanıdır.
YabancıAlbert Camus · Can Yayınları · 2025137,3bin okunma
Reklam
Cəfər Cabbarlı - Dilarə
10/10
·96 syf.··
2025 29. kitabı
İlk dəfədir bir kitab haqqında fikirləeimi burda bölüşəcəm. Cəfər Cabbarlının "Dilarə" adlı əsəri. Bu kitabda 5 qısa hekayələr toplanıb. 1. Dilarə 2. Aslan və Fərhad 3. Mənsur və Sitarə 4. Əhməd və Qumru 5. Gülzar Açığı mənə ən çox təsir edən "Aslan və Fərhad" və "Gülzar" hekayələri oldu. Qardaş qardaşa düşmən olur, başlarına gəlməyən fəlakət qalmır. Sonda haqq ədalət yerini tapır. Amma "Gülzar" hekayəsində... İlahii, bir kişi öz qüruruna görə təcavüzə uğramış bir qadını necə el içində rüsvay edə bilər axı?! Kişilikdəndirmi bu ? Gülzarın Quranı sıx sıx tutması, tanrıya yalvarsada heç bir çarə tapmaması... Düşünün 1900 lərdə yazılmış əsərdəki bu cür problemləri biz 2025 də yaşayırıq, görürük, şahidi oluruq. Mentalitet gözəl şeydir, amma o mentalitetdəki bir şəxsiyyəti alçaltmaq var, ölüm var.. Mən o mentaliteti cahillik sayıram. Mentalitet adıyla yüz oyun çıxardırsız, özünüzdən qaydalar tətbiq edirsiz işinizə gəlməyəndə də istədiyiniz kimi hoqqabazlıq edirsiz.. Gülzarın həyatını məhv edən sadəcə bir "kişi" deyildi, bir cəmiyyət idi, olmaz olsun elə cəmiyyət! Əsəri oxumağı hər kəsə tövsiyyə edirəm, oxuyun cahil təbəqəni bari bizlər məhv edək, çürüsünlər..
DilarəCafer Cabbarlı · Xan Nəşriyyatı · 202424 okunma