Biz kazarmanı xalq məktəbinə çevirəcəyik.Xalq universiteti edəcəyik.Əsgərlər xidmətdən sonra kazarmanı sevinclə xatırlayacaqlar.Insanlar kazarma haqqında qürurla danışacaqlar.
Hamı həyatın ağırlığından,əzabından,gətirdiyi uğursuzluqlardan danışır,ancaq heç kim bu həyatı lazım olduğu kimi qurmaq,daha yaxşı etmək üçün çalışmaq istəmir.SANKİ HAMIMIZ HƏYATA KƏNARDAN TAMAŞA EDİRİK VƏ HƏR ŞEYİ MÜHAKİMƏ EDƏN HAKİMLİK SƏLAHİYYƏTİMİZ VAR...
Çıraq yağla doludursa və alışdırılıbsa,"mən nə etməliyəm"-deyə soruşmur.Siz də canlı çıraqlar olun,-hər biriniz bir çıraq kimi,gördüyünüz faydalı işlə ətrafınıza işıq saçın
Mən səninləyəm,sən mənimləsən,biz dünyaylayıq,dünya bizimlədir,biz hamımız bir vəhdət içindəyik.Əgər dünyaya ziyan vurursansa,yoldaşına və ya hansısa vəhşiyə yamanlıq edirsənsə,onda özünə ziyan vurur,özünü eybəcər və iyrəncliyə düçar edirsən.