......bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura Adəmin vətənidi, bura Azərbaycandı, bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda Şəhid olmaq hər kəsə nəsib olmur... O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə... .....