Fərganə

Fərganə
English teacher
Sumgait
10 Eylül 2003
45 okur puanı
Şubat 2022 tarihinde katıldı
Eyni Ulduzun Altında
Puan vermedi·360 syf.··
2023 27. kitabı
·
7 günde okudu
·
Okunma: 27 Ağustos 2023 10:47
Kitab o qədər mükəmməl kitabdır ki, içində sevgi, faciə, qəhramanlıq, psixoloji və s. bir çox xüsusiyyətləri özündə cəmləşdirir.Oxuyarkən sıxılmayacağınıza əksinə bəzən həyəcanlanıb, bəzən kədərlənib ,bəzən də sevinc dolu hislər keçirəcəyinizə əminəm. Hər bir səhifəsini hiss edərək oxuyacağınız bir kitabdır. Xoş mütaliələr.
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201526bin okunma
Puan vermedi·332 syf.··
2023 26. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Ağustos 2023 19:01
Düzü əsəri heç bəyənmədim, çünki qatilin kim olduğun polkovnikdən əvvəl bilirdim. Əsərin mövzusuna gəldikdə isə bir insanın gəncliyində buraxdığı səhvlərin bütün ömrü boyu faciəvi nəticələrindən bəhs edirdi. Gənc taleyin qismətini qəribə üsulla seçir və həyatını qumara qoyur. Bununla da ömrünün sonuna qədər həyatı uğursuzluqlarla üzləşir. Talehi onunla amansız oyun oynayır.
On Dördüncü AdamElhan Elatlı · Teas Press Yayınları · 20241,198 okunma
Puan vermedi
Uzaq kəndlərin birində gənc ər-arvad gecə öz evlərində öldürülür. Prokurorluq və polis bir ay təhqiqat aparsa da, xeyli şübhəli şəxs istintaqa cəlb edilsə də qatil tapılmır. Axtarış düyünə düşür. Səbəb öldürülən ər-arvadın ən yaxın adamlarından birinin yalan danışmasıdır. Həmin şəxs qətlə yetirilmiş yaxınlarına görə nə qədər əzab çəksə də, namus ləkəsini gizlətmək üçün yalan danışmağa məcburdur. Cinayətin açılması üçün Bakıdan dəvət edilmiş Qanbay Qasımlı isə işə başlayan kimi hər kəsin əhəmiyyətsiz sayıb üstündən keçdiyi kiçik bir nüansa diqqət yetirir. Bu nüans cinayətin baş verdiyi gecə yağan yağışda gizlənib...
Yeddinci Mərtəbədə QətlElhan Elatlı · Elgün · 2011992 okunma
Puan vermedi·132 syf.··
2023 22. kitabı
·
16 saatte okudu
·
Okunma: 16 Temmuz 2023 11:06
Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20122,004 okunma
Puan vermedi
Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır.. Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10 dəqiqə işləyirdi. -Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu. -Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi. -Buraxın gəlsinlər, vaxtım azdır. Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə götürüb teatra getsin. Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu. Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci kursu bitirirdi. Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə başlayıb, necə qurtardığından xəbəri olmurdu. Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını bu peşəyə sərf etmişdi.
XəyanətElhan Elatlı · MBM-MMC Nəşriyyat · 20081,721 okunma