Ülkər

Ülkər
@byulkerr
gəl kitab oxuyaq, ulduzlar qədər söz olanda ge boxd.it/e59ZJ
Puan vermedi·586 syf.··
2025 8. kitabı
sonunda insanların əlimdə görəndə adından qorxuqları kitabımı oxuyub bitirdim, çox axtardığım niyə nəşr olunmadığı sualına cavab da elə burda gizli imiş, yarım saatdır ki, tavanla baxışıram... onsuz da qarışıq dini fikirlərimi daha da qarışdırdığı üçün, dəyərli yazarıma təşəkkürlərimi bildirirəm... heç nə bilmirəm, bir onu bilirəm ki, kitabı yarım buraxsam heç yaxşı şeylər olmuyacaqdı
1000Kitap
Şeytanın KitabıQaraqan · 2020686 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Ona kitab yazılırdı, xəbəri yox idi....
Puan vermedi·236 syf.··
2025 3. kitabı
·
29 saatte okudu
·
Okunma: 15 Şubat 2025 17:30
Heç kitab oxuyarkən birdən başınızı qaldırıb ətrafdakıların sizə baxdığını və oxduğunuz kitabın səhifələrinin göz yaşlarınızdan islandığının fərqinə varmısız? Kitab o qədər "tanış" idi ki, açdığım hər yerdə metronun ortasında belə göz yaşlarıma hakim ola bilmirdim. Nə olsun ki, Tolstoyun məşhur əsəri deyil, nə olsun ki, hər kəs tanımır, uzun müddət əvvəl, müəllifindən imza ilə, alıb, çox sevinmişdim, amma bunları yaşayacağımdan qorxduğum üçün, oxumağa cəsarət tapmırdım. Düzdür kitabı oxuduğum müddətdə basdırdığım duyğularım oyandı, yenə etməməli olduğum şeylər etdim, amma edib peşman olmaq etməyib olmaqdan daha yaxşıdır. Müəllifin ilk səhifəyə yazdığı cümlədən (hansı ki, aylar əvvəl etdiyim daha bir etməməli olduğum şeyi xatırladırdı) tutmuş, seçdiyi sözlər daxil hər şey məni sözün əsl mənasında "aldı yerə çırpdı". 2 ay əvvəl oxusaydım kitabın hər cümləsini alıntı olaraq paylaşardım, amma duyğularımın söndüyü dövrdə oxumağıma rəğmən məni bu qədər təsirləndirən kitaba heyran qaldım. Ona yazılma ehtimalı 0 ın altında olduğu halda, o'na yazıldığını düşündüm bəzən kitabın. Ona Əziz Yaqubzadə
1000Kitap
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 2015128 okunma