-Sən yalnız əhliləşdirdiklərini anlaya bilərsən. İnsanların nəyisə anlamaq üçün vaxtları yoxdur. Onlar hər şeyi mağazalardan hazır alırlar. Amma dostluğu satın almaq üçün heç bir mağaza olmadığına görə onların heç dostları olmur. Dost istəyirsənsə, məni əhliləşdir!
"Deməli, mənim çiçəyimin ömrü qısadır. O özünü bütün təhlükələrdən yalnız dörd tikanı ilə qoruyur. Mən isə onu planetdə təkcə qoydum", - deyə Balaca Şəhzadə düşündü.
- Onda sən öz-özünü mühakimə edə bilərsən. Həyatda özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Əgər özünü mühakimə etməyi bacarsan, deməli, ən müdrik insansan.