ces

Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm, onların bütün ömürlərini mənasız bir şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, “çirkinlik pis şeydi”. deyərik - “əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan. Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur. Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır...
İnsan ve Duygular
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Siz yeni bir gün doğumunu bekleyebilirsiniz, benim buna gücüm kalmadı.
Stefan Zweig·Kitabı okuyor
İnsan ve Duygular
Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş paranoik. Belə bir söz var: ”Həyat dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”.
İnsan ve Duygular
Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu, kim varlıdır, kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava, od, su, torpaq da bu deməkdir. Onlar qədər fərqli, onlar qədər bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər.
Alıntı