- O sənə bizim haqqımızda daha nə demişdi?
- Sizin onun həyatı boyu ən yaxşı dostu olduğunu.
- Təəssüf ki, mən elə də yaxşı dost deyildim, - dedim. - Amma mən sənin dostun olmaq istərdim. Məncə, sənə yaxşı dost ola bilərəm. Yaxşı olar? Sən bunu istərdin?
O ki qaldı mənə, getmək vaxtıdır. Çox az vaxtım qalıb, onu tək keçirmək istəyirəm. Xahiş edirəm, məni axtarma. Bu səndən son xahişimdir.
Səni Allaha əmanət edirəm.
Hər zaman dostun olaraq qalacaq - Rahim