Personajlar:
Kinyas, Kayra
Moctar, Rose, İgnace, Amonka
Melina, Dieudonn, Albert
Miguel da Silva
Hakan Günday, Cecilia
Esthelle, Samuel, Pinou
Fernand, Looping
Jesus, Anita
Rene, Joshua, Liz
Julian Khyle(Amidou Ali), Koffi
Alp, Mümtaz, Cezmi
Tuğba Eşâ, Cemil, Melis,
Tolga, Salih, Lütfü, ana və ataları
Eşâ Salih və adların unutduqlarım...
Digər yeraltı yazıçıların ekzistensialist cizgilərindən ilhamlanan və bu xəttdə davam edən müəllif özünü romandakı naturalizm xəttinə bağlamışdır. Oxucuya gündəlik həyatda hər şeyin necə yaşandığını izah edir; Bütün çılpaqlığını, nifrətini, kinini, sevgisizliyini, psixopatiyasını, sosiopatiyasını çatdırdı. Bununla da Hakan Günday oxucuya vermək istədiyi mesajı çox aydın şəkildə çatdıra bilir. Bu vəziyyəti nəzərə alaraq, “bu müəllifin də dilində sümük yoxdur” deyə bilərsiniz. Digər tərəfdən, bu şəkildə izah edildiyi üçün sizin üçün maraqlı ola bilər.
Uğurlu yazıçı “Kinyas və Kayra”nı 2000-ci ildə 25 yaşında ikən yazıb. Əsəri yazarkən çox gənc olan müəllif oxucularına sanki Afrika qitəsini əzbər bilirmiş kimi hisslər yaşadır. Bu baxımdan təsvirləri, şəhərləri və ümumi baxış bucağı ilə uğurlu bir romandır. Hakan Günday sosioloji tənqidlərini səsləndirərkən, sorğu-sual etməyən, oxumayan, dəyərləndirməyən, öyrənməyən insanlara mesajını ağır bir dillə ifadə edib.
Məzmunu :
İki gəncin evdən qaçışının hekayəsi. Onlar dost deyildi, qardaş deyildi, onların arasındakı bağı da sevgi adlandırılmayacaq
qədər kəskin bucaqlara sahib idi. Onlarınkı zehni yalnızlıqdan doğmuş zəruriyyət idi. Ağır düşüncələri və ağır əməlləri var idi, ailələrinə dönüb baxdıqda isə təəccüblənmədən edə bilmir. Bu kitab bir az da "gözəl" ailələrin "çirkin" övladlarına ithaf edilməlidir. Kayranın ailəsi ona nə maddi, nə mənəvi korluq verməmişdir. İmkanlı bir ailədə