İran cavanlarının əksəri belədir.Onlar yalnız bu düşüncələr ilə evlənirlər.Çüni onlar həyat və yaşayışlarına şərik olacaq qadının heç bir zaman üzünü görmürlər.Onlar illərlə rəfiqəsi olacaq bir qadının nə rəngdə- sarımı,ağ, ya qaramı,arıq, ya kökmü,qısa,ya uzun boylumu olduğunu anlamazlar.Buna görə də,əksərən,evlənmək mənfəət əldə etmək məqsədilə əmələ gəlir.Hələ bir parası da kürəkən evində qarnını doyuzdurmaq və ya əqd məclisindən pay almaq xatirəsi üçün qızın sir-sifətini zavallı gəncin qarşısında tərif və təsvir edər.