Billurə

Billurə
@crystal_b
History
Baku State University
Baku
Kürdəmir, 26 Temmuz 2003
6 okur puanı
Ağustos 2022 tarihinde katıldı
İran cavanlarının əksəri belədir.Onlar yalnız bu düşüncələr ilə evlənirlər.Çüni onlar həyat və yaşayışlarına şərik olacaq qadının heç bir zaman üzünü görmürlər.Onlar illərlə rəfiqəsi olacaq bir qadının nə rəngdə- sarımı,ağ, ya qaramı,arıq, ya kökmü,qısa,ya uzun boylumu olduğunu anlamazlar.Buna görə də,əksərən,evlənmək mənfəət əldə etmək məqsədilə əmələ gəlir.Hələ bir parası da kürəkən evində qarnını doyuzdurmaq və ya əqd məclisindən pay almaq xatirəsi üçün qızın sir-sifətini zavallı gəncin qarşısında tərif və təsvir edər.
Sayfa 44 - Qanun Nəşriyyatı·Kitabı yarım bıraktı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Əlbəttə,insan vəkil olmayınca vəzir ola bilməz!
Sayfa 29 - Qanun Nəşriyyatı·Kitabı yarım bıraktı
Ən təsirli mənzərə isə vaxtilə Heyran xanımın göz yaşlarında islanmış yaylığı idi ki, indi Həsən ağanın qanına bulaşmışdı. Əlinin içinə sığınan isə bir ovuc həsrət idi. BIR OVUC HƏSRƏT...
Sayfa 138 - Teas press·Kitabı okudu
Ağabəyim Ağa: -Şahım, soruşursan ki, nə arzum var? Dərdim nədir? Bu dərdin adı vətən həsrətidir. Vətənimi mənə verə biləcəksinizmi? Arzum , bir gün də olsa, doğma bağımı görmək , çiçəklərinin ətrini qoxulamaqdır. Sizin bağınız mənə cənnət Qarabağımın zövqünü vermir... Bu söhbətdən sonra şahın əmri ilə yeni bağ salınır və bağbanla birlikdə ora Şuşada bitən bütün ağac və güllərdən gətirib əkirlər. Iş tamam olduqdan sonra Fətəli şah Ağabəyim Ağanı şəstlə yeni "Vətən bağı" adlandırdığı yerə dəvət edir.Bağı gəzərkən büzüşmüş xarıbülbülü görən Ağabəyim Ağa yenə kövrəlir, əyilib onu dərir və doluxsunaraq deyir:"Sən məndən vəfalı cıxdın, xarıbülbül ! Mən yad torpağa uyğunlaşdım, amma sən dözməyib məhv oldun".
Sayfa 105·Kitabı okudu
"...Ey nəzərlərimdən iraq düşən atəşgözlüm!Bu yaylıq göz yaşlarımla islanıb,al, verim sənə. Əgər mənim kimi yansan, sən də öz göz yaşlarını bu yaylığa qat. Biz qovuşmasaq da, göz yaşlarımız qovuşsun. Ya da unut məni, ver yaylığı küləyə, qurutsun göz yaşlarımı. Amma onu bil ki, mən səni heç vaxt unutmaram. Sırğamın tayını qoru, doğma yurdumda qalsın. O biri tayını isə biz və yurdumuz qovuşana qədər mən yeni yurdumda taxacağam..."
Sayfa 47 - Teas press·Kitabı okudu