Tahmini Okuma Süresi:
7 sa. 2 dk.
Sayfa Sayısı:
248
Yayınevi:
Ters Press
ISBN:
9789952313840
Ülke:
Türkiye
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

5/10
·248 syf.··
2024 164. kitabı
·
34 saatte okudu
·
Okunma: 22 Eylül 2024 19:15
Şairə Heyran xanıma həsr olunmuş bu kitabı böyük ümid və gözləntilərlə almışdım. Üz qabığı, adı diqqətimi çəkmişdi. Fəqət gözləntilərimi qarşılamadı. Heç oxumasaydım da olarmış. Deməli, şairə Heyran xanımın həyatı və nakam məhəbbətindən bəhs edir kitab. Mövzu qəşəng idi, ancaq nəqletmə, yazı üslubu çox zəif idi. Cümlələr quru, sadə. Ən təsirli səhnədə belə bəsit ifadələr, sönük cümlələr. Bədiilik, obrazlılıq, poetik ifadələr yox deyəcək qədər idi. Tarixi faktlar verilib əsərdə çox-çox. Bu bir yerə qədər yaxşı olsa da, bir yerdən sonra tarix kitabı kimi sıxır insanı. Hələ bu faktların dialoqlara salınması:D 7 il tarix keçməyimə rəğmən bilmədiyim faktları, əsərdəki kəndli obrazı gününə qədər xronoloji ardıcıllıqla danışırdı. Ki bu da çox süni, yersiz alınıb. Əsərə adını vermiş olan sırğa məsələsi çox qəşəng, hətta əsərin tək seviləcək hissəsi idi. Ancaq yazı tərzi, artıq, yersiz təfərrüatlar bütün hekayəni korlayıb. Çox daha qəşəng yazmaq olardı.
Edebiyat
Tay sırğaMəhbubə Hacıyeva · Ters Press · 071 okunma
Yarım qalan sevgi..
Puan vermedi·248 syf.··
2023 55. kitabı
Yurdumuzun parçalanmağa başladığı dövr. Xanlıqlar dövrü.. Tarix kitablarında bu zaman gəldikdə içimi ayrıca bir kədər bürüyür.Çünki irəlidəki Azərbaycan ta o dövrdən parçalanmağa başlamışdı.Aram-aram gedən bu proses yüzillər sonra belə təsirini qoruyacağından xəbərsiz idi.. O zamanlar kasıb ailədə doğulmaq bir dərd ikən,güclü ailədə doğulmaq da ayrı bir dərd idi.Xan qızı adı altında əzilən Heyran xanım ailəsinə görə susmalı,deyilənləri sorğulamadan etməli idi.Ancaq aşiq bir qəlbin ayrılıq həsrəti ilə günü-gündən əridiyindən heç kəsin xəbəri yox idi. İlk və tək sevgisindən ayrı düşən Heyran xanımın sırğası qəlbinin yarısı kimi vətənin də,sevdiyi bəy də qalır.Bir gün qovuşmaq arzusu ilə tökülən yaşlar quruyur.Hər kəsi fərqli bir tale gözləyir.Kim deyərdi ki,Xan qızı Heyran xanım o hallara düşəcək?
Hayat ve İnsan
Tay sırğaMəhbubə Hacıyeva · Ters Press · 071 okunma