Mən hər şeyi orta sevirəm..
Həyatın ortasında dayanmağı seçirəm məsələn, nə kiməsə həddindən artıq yaxınlaşıb özümü itirəcək qədər, nə də divarlar hörüb əlçatmaz olacağam qədər uzaqlaşıram.
Çox yaxınlıq məni boğur, çox uzaqlıq isə soyudur.
Mən aradakı o incə məsafəni sevirəm ..
Nəfəs almağa imkan verən, amma bağları da qoparmayan məsafəni..
Hisslərimdə də belədir, münasibətlərimdə də, seçimlərimdə də.
Nə sevərkən özümü unuduram, nə də sevməkdən qaçıram. Hər şey qərarında olanda özümü daha çox hiss edirəm. Qəhvəni orta şəkərli içməyim də təsadüf deyil, nə acılıq tam üstün olsun, nə də şirinlik həqiqi dadı gizlətsin. Mən həyatın dadını qarışdırmadan, olduğu kimi, amma balansla yaşamaq istəyirəm.. Nə çox, nə az..
Sakit, orta, amma dərin...