Møøň

Mən adamlara bu qədər yaxın ikən onları özümdən uzaq hiss edirdim.
Reklam
İnsanın insanı öldürməyi, özü də pul, paltar üstündə öldürməyi, məndə yalnız dərin qüssə deyil, eyni zamanda, ikrah hissi doğururdu. Bu, mənə insanın insanı yeməyi kimi dəhşətli və iyrənc görünürdü.
Ömrümdə ilk dəfə İmaşın bu qədər yoxsul, bizim isə varlı olmağımıza qarşı qəlbimdə xoşagəlməz, ağır hisslər oyandı, elə bil ki, varlı olduğumuz üçün mən İmaşdan xəcalət çəkirdim.
Mən həyatımda birinci dəfə olaraq adamların daxilində nə isə mənə məlum olmayan yırtıcı – qorxulu bir şeyin varlığını hiss eləyirdim...
Hətta indi, yəni, yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə, elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: “Geri­yə baxma, qoca!” Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyisə anlamaq istəyirəm.