- Məndən danış biraz
+ Nə danışım ?
- Ağlına nə gəlsə
+ Belə heçnə gəlmir axı....
- De görək mən sənə nə danışırdım həmişə ?
+ Bax deyim də , uşaqlığından, xatirələrindən, ən çoxda babandan danışardın.
- Sonra ?
+Yolda gördüyün pişiklərdən (ən çoxda öz pişiyin Medusadan)gün boyu rastına çıxan insanlardan, şahidi olduğun hadisələrdən, səni güldürən videolardan , izlədiyin filmlərdən, oxuduğun kitablardan......
Nə danışmırdın ki sən
- Maraqlı idi heç olmaya ?
+ Bəs necə, adi bir hadisəni belə ele bədii tərzdə qurub qoşurdun ki, səni dinləməmək mümkün deyildi
- Hə, demək bu qədər maraqlı həyatım var imiş... Ya da bu qədər min bir bəzək verib danışdığım sadə həyatım*