Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri-laməkan mənəm, gövnü məkanə sığmazam. * (1)
* (1) İki cahan (maddi və mənəvi “aləm”) içimə sığmış, mən isə bu dünyayə
“aləmə” sığmaram. Məkansız gövhər mənəm, varlığa və məkanə sığmaram.
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam. * (2)
* (2) Göy və yer, kaf və nun hamısı məndə tapıldı. Sözünü kəs və lal ol,
şərhə, bəyanə sığmaram. (Kaf və nun “kün” (var ol) sözünü əmələ gətirir.)
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam. * (3)
* (3) Varlıq və yer əlamətimdir, başlanğıcım varlığın sahibi olan zat ilə başlar.
Sən məni bu nişanla tanı və bil ki, bu nişanə sığmaram.
Kimsə gümanü zənn ilə olmadı Həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam. * (4)
* (4) Heç kimsə güman və zənn ilə Həqqi bilib tanımadı. Həqqi (həqiqəti,
mənim həqiqətimi) bilən mənim güman və zənnə sığmayacağımı bilir.
Surətə baxü mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam. * (5)
* (5) Surətə bax və mənanı (iç görünüşü) tanı, çünki, cism ilə can mənəm,
amma cism ilə canə sığmaram.