Dirilmə
9/10
·496 syf.··
Beğendi
·
2025 3. kitabı
·
23 günde okudu
·
Okunma: 22 Temmuz 2025 23:03
Lev Tolstoyun “Dirilmə” romanı fərdi vicdanın oyanışını, günah və tövbə anlayışını, eyni zamanda cəmiyyətdəki sosial ədalətsizlikləri dərin şəkildə əks etdirir. Əsərdə baş qəhrəman Nexlyudovun daxili dəyişimi təkcə bir insanın mənəvi dirçəlişi deyil, həm də bütün toplumun islahı üçün bir çağırış kimi təqdim olunur. Tolstoy bu əsəri vasitəsilə oxucunu həm öz iç dünyasına, həm də ətrafdakı haqsızlıqlara qarşı daha duyarlı olmağa səsləyir. Romanın əsas mesajı – insanın səhvindən dönərək doğru yolu seçməsi və vicdanla yaşamasıdır. Əsərdə zəngin-yoxsul arasındakı bərabərsizliyi, ictimai ədalətsizliyi o qədər açıq göstərir ki, bunu sosialist düşüncəyə yaxın hesab edirəm. Düzdür, əsərdə əsas ideya vicdan, tövbə və mənəvi saflaşmadır amma yenədə məncə sosialist düşüncə çox yer alıb. SPOİLERHekayənin sonunda isə xoşbəxt sonluqla bitmədiyinə görə məni heç məmnun etmədi. Hər nə qədər Nexlyudovun öz içindəki dəyişimi yaxşı istiqamətə doğru dəyişsədə Maslova ilə birlikdə ola bilmədi.
Kitap Alıntısı
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
8/10
·496 syf.··
2025 10. kitabı
Lev Tolstoyun bütün əsələri axıcı tərzdədir. Dirilmə də eyni şəkildə. Tolstoy bu əsərində qanunlardakı boşluqdan bəhs edir. Digər kitablarında olduğu kimi bu kitabında da cəmiyyət, ailə məişət mövzularından söhbət açır. Lakin cəmiyyət mövzusu ön plandadır.
Edebiyat
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·128 syf.··
2025 1. kitabı
·
30 günde okudu
·
Okunma: 08 Ocak 2025 13:16
Təxminən, 5 ya 6 il öncə qarşıma çıxmışdı "Etiraf" əsəri. O kitab haqqında oxuyarkən ağlımdan ilk keçən fikir bu olmuşdu ki, bir insan necə ola bilər ki özünün bütün mənfiliklərini, çatışmayan cəhətlərini, ümumilikdə özünün necə biri olduğunu bu qədər açıq-açığına etiraf edə bilər. Yadımdadır, o vaxt 5, 6 kitab oxuyurdum paralel olaraq və "Etiraf"a da başladım. Amma nədənsə davam edə bilmədim. Neçə ildir o kitabı oxumağa cəhd etmirdim. Bir neçə gün öncə oxudum. Və Tolstoy dühasını bir daha aydın anladım. Bu adamın yazıçılığına "Dirilmə" əsərində heyran olmuşdum. "Etiraf"da isə bu heyranlığım daha da artdı. "Etiraf" Tolstoyun hərtərəfli etiraflarının cəmləşdiyi bir əsərdir. Kitabın başlanğıcında yazıçı həyatının əvvəlki dönəmləri haqqında məlumat verir. İnancının necə darmadağın olması, tamamilə yox olması haqqında danışır. Amma illər sonra, heç özü də anlamır bu necə baş verir, o başa düşür ki, nələrsə doğru deyil, nələrsə yolunda getmir. Daxili iztirabları, narahatlıqları başlayır. O bu get-gedə güclənməkdə olan iztirablarının səbəbini axtarır və anlayır ki, artıq inancsızlığı ona əzab verməyə başlayıb. İnancsızlıq və bundan əlavə sorğu-sualları onun daxili böhranını gücləndirir. Və o çıxış yolu axtarmağa başlayır. Bu çıxış yolu üçün hər şeyə baş vurur. Kitablar oxuyur, müxtəlif insanlarla söhbət edir, onların fikrini öyrənir. Amma bunların heç biri onu mənəvi olaraq sakitləşdirmir. Çünki sualları hələ də cavabsız qalırdı. Həyatının müxtəlif dönəmlərində o gah inanclı biri olur, gah inancsızlaşır, gah da ümumiyyətlə neytral olaraq qalır. Lakin daxili narahatlıqları həmişə olur. Əvvəllər ona şübhəsiz doğru kimi görünən şeylərin əslində yalan olduğunu, insanların da bütövlükdə bu yalanlara inandığını, bunu öz doğruları olaraq qəbul etdiyini gördükcə daha da
Edebiyat
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma
7/10
·496 syf.··
Beğendi
·
2024 15. kitabı
·
10 günde okudu
·
Okunma: 05 Ağustos 2024 22:56
Düşünün ki, bir kitab oxuyursunuz və oxuduğunuz kitabda iki yazıçının üslubu ilə qarşılaşırsınız. Tolstoyun ən son yazdığı kitab olan “Dirilmə” kitabına Dostoyevski havasını qatdığı üçün əsərdə fəlsəfi və klassik ruh sanki dövr edir. Əsərin nisbətən axıcı olmayan yerləri, hansı ki, fəlsəfi məlumatları, oxucuya zövqdən asılı olaraq darıxdırıcı gələ bilər. Məsələn, əsərdə mənə qaranlıq qalan yerlər oldu. Baş obraz olan Nexlyudovun niyə sonda Katyuşa ilə evlənməsini yazıçı oxucuya çatdırmır? Niyə bu yolda atdığı addımda keçmiş onun yaxasını buraxmır? Əsərdə kilsə qanunları, İncilin mövhumatı və onun kəlamları, Allahla bağlı olan hadisələr aydın nəzərə çarpdırılır. Dirilmə yaşanandan bəri Nexlyudovun Allahı tanıması, illərdən bəri oxuya bilmədiyi İncili oxuması, öz günahlarından xəcalət duyması. Görəsən, bizlər (adamlar) Dirilməni nə zaman yaşayacağıq? Bu xoşbəxtlik bizə nə zaman nəsib olacaq? Əsərin aşıladığı dərin mənalar çox böyük olduğu üçün tam müzakirəlik bir kitabdır deyərdim. Fərqli mövzu kimi oxunulacaq kitablardan ola bilər. Üstünə bir də rus romanı havası qatılarsa, oxunmadan keçilməz.
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
Azacıq spoiler ola bilər :)
8/10
·496 syf.··
2022 20. kitabı
·
14 günde okudu
·
Okunma: 24 Haziran 2022 13:02
Tolstoyun qələmindən çıxmış gözəl bir romandır. Bu romanda da 19-cu əsr Rusiyasının ictimai həyatında mövcud olan problemlərə geniş yer verilmişdir. Roman 3 hissədən ibarətdir. Birinci hissədə əsərin baş qəhrəmanlarının hekayələri əks etdirilmişdir. Onların xarakter və yaşayış tərzlərində cəmiyyətin rolundan söz edilmişdir. İkinci hissədə əsas mövzu Rusiya kəndlilərin yaşayış tərzi və torpaq münasibətlərindəki çatışmazlıqlar tam geniş bir təfərrüatla qeyd edilmişdir. Üçüncü hissədə isə məhkəmə sistemindəki çatışmazlıqlar, məmur özbaşınalığı, qanunsuzluqlar, həmçinin inqilabçılar haqqında danışılır. Əsər boyunca Nexlyudov müxtəlif suallar üzərində düşünür və öncə bu sualların cavabını siyasi-fəlsəfi kitablarda axtarır. Lakin istədiyi cavabı daha doğrusu onu tam qane edəcək cavabı tapa bilmir. Sonda isə o axtardığını dində "İncil" kitabında tapır. Roman daha çox Rusiyanın daxili problemlərini işıqlandıran bir əsər olsada oxumağa dəyər :)
1000Kitap
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma
7/10
·496 syf.··
2021 47. kitabı
·
23 günde okudu
·
Okunma: 30 Haziran 2021 12:20
Bir yazıçını tam anlamaq üçün sonuncu əsərlərini oxuyun, çünki son əsərləri ən yaxşı əsərləri olur - deyə oxumuşdum, bu fikirlə razıyam. Xüsusilə, Tolstoy kimi qarışıq və anlaşılması mürəkkəb olan yazıçını ilk əsərləri ilə anlamaq mümkün deyil, hər əsərində fərqli ideologiya ilə oxuyursan və qərar verə bilmirsən hansı odur. Təbii ki, son yazdıqları yekun fikirə gəlməkdə əsas rol oynayır. Məsələn, Kreutzer Sonatasında musiqiyə şeytanın oyunu kimi şərh verən Tolstoy, Dirilmədə musiqidən zövq alır. Birincidə qadınların pozğun olduğunu yazırsa, ikincidə artıq kişilərin qadınları o yola sürüklədiyini yazır və s. Tolstoyun irihəcmli sonuncu romanı olan Dirilmə Dostoyevski tərzində yazılıb, digər Tolstoy əsərlərindən fərqli olaraq burda baş qəhrəmanımızın hiss və həyəcanları ön plandadır. Maraqlısı, Dostoyevskinin də son romanı Tolstoy tərzində yazılıb, o da bəşəri ideyaları irəli çəkib. Hər iki yazıçını müqayisə etməyi sevməsəm də, mənim fikrimcə Dostoyevski daha mükəmməl iş çıxarıb. Bunun da öz səbəbləri var. Tolstoy Dirilməni hekayə olaraq romanı bitirmədən 10 il əvvəl yazmağa başlamış və yarımçıq qoymuşdu. Öz təriqətlərini Tolstoy fəlsəfəsinə bənzədən və ona çox yaxın olan Duxoborların Rusiyadan Kanadaya köç etməsinə yardım etmək üçün Tolstoy əsəri roman şəklinə salır və 1 il müddətində tezliklə bitirir, gəlirini onlara bağışlayır. Məncə tələsməsəydi daha yaxşı iş ortaya çıxara bilərdi. Dirilmənin baş qəhrəmanı Nexlyudov elə Tolstoyun özüdür. Öz oxuduğu kitabları qəhrəmanının dilindən romanda da təhlil edir, georgism fəlsəfəsinin doğruluğunu kəndlilərlə olan dialoqlarında çürüdür. Düzdür, mənə görə əsərdə bəzi boşluqlar var, məsələn, Katyuşa obrazının mənəviyyatındakı dəyişiklikləri Nexlyudovun hiss etdiklərinə görə yox, obrazın öz daxili aləminin təsvirində oxumaq
Dünya Klasikleri
DirilməLev Tolstoy · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201621,6bin okunma