Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın, övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: "Tfu sizin üzünüzə!"
Bu dini nəzəriyyə ondan ibarət idi ki, kainatda hər şey canlıdır, ölü bir şey yoxdur. Bizim ölü və qeyri-üzvi saydığımız hər nə varsa, hamısı bizim qavraya bilmədiyimiz böyük üzvi cismin yalnız bir hissəsidir, odur ki, böyük orqanizmin bir hissəsi olan insanın vəzifəsi bu orqanizmin və onun bütün canlı hissələrinin həyatını qorumaqdan ibarətdir. Buna görə də o, canlıları məhv etməyi cinayət hesab edirdi: müharibə, edam və nəinki insanların, həm də heyvanların hər cür öldürülməsi əleyhinə idi. Nikah haqqında da onun öz nəzəriyyəsi var idi, bu nəzəriyyə ondan ibarət idi ki, adamların sayını artırmaq insanın yalnız kiçik vəzifəsidir, insanın böyük vəzifəsi isə artıq yaşamaqda olan canlılara xidmət etmək-dən ibarətdir. O özünün bu fikrini qanın tərkibində faqositlərin olması ilə təsdiq edirdi. Onun rəyincə, subay adamlar eynən faqositlər kimi idilər, onların vəzifəsi orqanizmin zəif və xəstə hissələ-rinə kömək etməkdən ibarət idi.
Bütün insanlar qismən öz fikirləri, qismən başqalarının fikri ilə oturub-dururlar. İnsanlar arasındakı başlıca təfavütlərdən biri onların nə dərəcədə öz fikirləri və nə dərəcədə də başqalarının fikirləri əsasında yaşamalarından ibarətdir. Bəzi adamlar öz düşüncələ-rindən çox vaxt bir ağıl oyunu kimi istifadə edirlər, onlar öz ağıl-larını işə salmır və onunla hərlədici qayışı çıxarılmış çarx tək rəftar edirlər, öz hərəkətlərində isə başqalarının düşüncələrinə adət-ənənəyə və qanuna tabe olurlar; digərləri isə öz düşüncələrini özlərinin bütün fəaliyyətinin başlıca mənbəyi hesab edərək, demək olar ki, həmişə öz ağıllarının tələblərinə qulaq asıb, ona tabe olur, yalnız nadir hallarda, o da tənqid olunanda, başqalarının qərara aldıqları kimi hərəkət edirlər.