Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.) O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür. Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm. Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var. Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.
Vətəndaşlıq borcu
"İndi mən burada bir dərs deyənəm, bir də vətəndaş. Biz razı olmamalıyıq ki, başqa kəndlər tərəqqi edib varlandığı halda bizim kəndimiz geridə qalsın" – Almaz Almaz
Edebiyat
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Könlün həsrət dəmləri...
Cibimdə son iki manatım qalmışdı. Dərsə gəlib heç olmasa bir saat onu görməyimin əvəzində sabah işdən piyada qayıtmalı olacaqdım. Öz-özümə pıçıldadım: “Hər şeyin bir bədəli var. Gözəl hisslər yaşamaq istəyirsənsə, o bədəli ödəməlisən.” Və tərəddüdsüz dərsə getdim. Şair demişkən, “ay üzü aydan işıqlım” məndən əvvəl gəlmişdi. Yenə gülümsəyirdi. Elə bir gülüş idi ki, adamın bütün yorğunluğunu əlindən alırdı. Amma bu dəfə də mənim tərəfə baxmırdı. Sanki baxsa, nəsə dəyişəcəkdi… Bütün aləm mənim ona olan sevgimi duyurdu, divarlar, pəncərələr, hətta səssiz skamyalar belə. O isə ya bunu anlamırdı, ya da anlamazlıqdan gəlirdi. Dərs boyu müəllimin səsi uzaqdan gələn külək kimi idi. Mən isə öz aləmimdə idim: bir baxışın ehtimalında, təsadüfi bir anın ümidi ilə ona baxırdım. Elə bilirdim, birdən dönüb baxacaq və bütün bu səssiz etiraflar gözlərimdən onun qəlbinə axacaq. Dərs bitəndə hamı tələsik qalxdı. O da ayağa durdu, çantasını yığdı. Bir anlıq yollarımız kəsişdi. Göz-gözə gəldik. Cəmi bir neçə saniyə. Amma mənim üçün bir ömür qədər uzun idi o an. Gülümsədi. Sadə, sakit, amma içimi dağıdan bir gülüşlə. Bəlkə də hələ anlamırdı. Bəlkə də bu sevgi tələsməyi sevmirdi. Mən sabah piyada qayıdacaqdım, yorğun, amma könlü xoş. Çünki sevgi qarşılıq görməsə belə insanı yüngülləşdirən yeganə yükdür...
Duygu ve Düşünce
Uzun Şiir(1)
Sancdı iynəsini ürəyinə dərzi Yeni söz,qafiyə axtarışında əsdi Mən tapmadımsa nə yazacağımı Hazır edər yanımdakı dəsti Nə gözəldir qəlbdən xəbər almaq Tanrıdan bəhs etməkçin donub qalmaq Məsdərin uyumundan rahatsız olmaq Yazarkən soyuq vurar altdan salmaq Yaz getsin,tovhiddir də bağrılan Kinayədən dərs çıxarıb çağıran İlişmək tələsərək,güdmək söz olmasın Ana qulluq edib,solubdeyib sağ vuran Dərd olsun,sər olsun sevinc xoşbəxtliyə Çölünü həll etdik deyək keçək daxilinə Qanun,adət,bayraq edib ilk pozuntuda Rahat-rahat dolaşıb onsuz var hər vaxt yiyə Necə yazılır görəsən poema,uzun şeir Ürəyində saplanan bıçaqla mı gəzilir?! DearLasthenie,səni də yadda tutum Yəni savadlı biri kimi eləyim təsir
Kendi gibi sanırdı herkesi... Karamazov Kardeşler Fyodor Dostoyevski gözyaşların ruhuna hüzur verəcək,qəlbini fərahladacaq.. Karamazov Kardeşler Fyodor Dostoyevski İnanmak istediği için inanmıştı.. Karamazov Kardeşler Fyodor Dostoyevski Hayat ta hayal gibi geçer gider.. Karamazov Kardeşler Fyodor Dostoyevski Yüzünüz her zaman yaşadıklarınızın aynasıdır. Olgun ve bilge bir çehre edinmeniz dileğiyle.. Bir Ömür Nasıl Yaşanır? İlber Ortaylı Səssiz-səssiz tökülən göz yaşı ən dəhşətli göz yaşıdır.. Səfillər Victor Hugo
1000Kitap
Değerli okuyuculardan değerli alıntılar
Almaz Almaz Birinin seni sustuğun yerden anlaması, tüm konuşmalardan daha kıymetlidir. Pedaqoq Kendi gibi sanırdı herkesi... Karamazov Kardeşler Fyodor Dostoyevski gözyaşların ruhuna hüzur verəcək,qəlbini fərahladacaq.. Karamazov Kardeşler Fyodor Dostoyevski İnanmak istediği için inanmıştı.. Karamazov Kardeşler Fyodor Dostoyevski Hayat ta hayal gibi geçer gider.. Karamazov Kardeşler Fyodor Dostoyevski Yüzünüz her zaman yaşadıklarınızın aynasıdır. Olgun ve bilge bir çehre edinmeniz dileğiyle.. Bir Ömür Nasıl Yaşanır? İlber Ortaylı
1000Kitap