10/10
·80 syf.··
2026 7. kitabı
Hadisələr 1960-cı illərdə Parisdə cərəyan edir. Baş qəhrəmanımız Moiz (Momo) adlı 11-12 yaşlı yəhudi bir oğlandır. Momonun həyatı çox kədərlidir: anası onu atıb gedib, atası isə soyuq, sevgisiz və depressiv bir adamdır. Evdə sevgi görməyən Momo vaxtını küçələrdə keçirir. Həmin küçədə hamının "ərəb" dediyi (əslində türk olan), küncdəki baqqal dükanını işlədən Müsyö İbrahim adlı müdrik bir qoca yaşayır. Momo hər gün bu dükandan nəsə alır, bəzən də gizlicə oğurluq edir. Müsyö İbrahim hər şeyi görsə də, uşağı mühakimə etmir, əksinə, ona sevgi və anlayışla yanaşır. Zamanla bu iki fərqli nəslin və fərqli dinin nümayəndəsi arasında çox dərin bir ata-oğul bağları və dostluq yaranır. Müsyö İbrahim sufizm fəlsəfəsinə inanan bir müsəlmandır. O, həyatda hər çətinliyə düşəndə, ya da Momoya bir nəsihət verəndə həmişə deyir: "Mən bunu Qurandan bilirəm." Müsyö İbrahim dini insanları ayırmaq üçün yox, birləşdirmək və Momoya həyatı sevdirmək üçün bir vasitə rənginə çevirir. Müsyö İbrahimin Momoya öyrətdiyi ilk və ən böyük dərs gülümsəmək olur. O, Momoya deyir ki, gülümsəmək sadəcə xoşbəxt olanda edilən bir şey deyil, o, insanı xoşbəxt edən bir "silahdır". Momo gülümsəməyə başlayanda ətrafındakı insanların, məktəbdəki müəllimlərin, hətta həyatın ona qarşı baxışının necə dəyişdiyini görür. Momonun atası intihar etdikdən sonra Müsyö İbrahim Momonu rəsmən övladlığa götürür. Onlar köhnə bir maşın alıb Parisdən çıxırlar və Müsyö İbrahimin gəncliyinin keçdiyi yerlərə — Türkiyəyə (Anadoluya) doğru uzun bir səyahətə başlayırlar. Bu səyahət əslində Momonun uşaqlıq travmalarından qurtulub mənəvi cəhətdən böyümə yoludur. Yol boyu fərqli ölkələrdən, kilsələrin, məscidlərin yanından keçirlər. Müsyö İbrahim Momoya hər dinin daxilində eyni mənəvi gözəlliyin olduğunu göstərir. Sonda Anadoluya
Müsyö İbrahim və “Quran”dakı çiçəklərEric Emmanuel Schmitt · Modern mini klassika · 20216,4bin okunma
Puan vermedi·151 syf.··
2026 31. kitabı
Əziz Yaqubzadə - “Dostum robot” Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım. Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır. Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi. Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu. Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi. Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə
Dostum RobotƏziz Yaqubzadə · Biba Nəşriyyatı · 20263 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447bin okunma
9/10
·304 syf.··
2026 123. kitabı
Mənim üçün bu kitabın ən dəhşətli cəhəti onun real olmasıdır. On altı yaşlı Leyla – adi bir qız, xəyalları olan, sevən, gülən bir insan – bir gün düşərgəyə düşür. Və orada gördükləri, yaşadıqları o qədər çılpaq, o qədər amansızdır ki, oxuyarkən bəzən kitabı yerə qoyub dərin- dərin nəfəs almalı olursan. Mən özüm də bir neçə dəfə belə etdim. Çünki o səhifələr insan təbiətinin ən qaranlıq, ən iyrənc tərəfini üzə çıxarır. Mənim baxış bucağımdan Leyla təkcə Bosniya faciəsinin deyil, bütün müharibələrin ortaq qadın və uşaq dərdinin hekayəsidir. Çünki müharibə eyni üzü olan bir bəladır – harada baş verməsindən asılı olmayaraq, o, qadınları və uşaqları eyni qəddarlıqla cəzalandırır. Müəllifin dili isə məni fərqli cəhətdən təsirləndirdi. O, heç nəyi bəzəməyib, heç nəyi gizlətməyib. “Təcavüz”, “işgəncə”, “ölüm” kimi sözlər elə çılpaq, elə ağır gəlir ki, bəzən oxucu kimi mən utanıram – bu hekayəni oxumağa belə utanıram. Amma eyni zamanda başa düşürəm ki, əgər sussaq, bu dəhşətlər təkrarlanacaq. Leyla susmur, çünki o, şahiddir. Mənim fikrimcə, bu roman hər məktəbdə, hər ailədə oxunmalıdır. Xüsusilə bizim kimi müharibə yaşamış, itkilər vermiş xalqlar üçün o, bir xəbərdarlıq, bir dərs, bir yaddaş kitabıdır. Bəli, oxumaq çətindir, göz yaşı olmadan keçmək mümkün deyil. Amma bəzən bir cəmiyyətin sağalması üçün ən dəhşətli həqiqətləri görmək lazımdır. Və ən əsası – mən bu kitabdan sonra bir daha əmin oldum ki, müharibədə heç kim qalib gəlmir. Hətta sağ qalanlar belə – onlar da darmadağın olur. Leyla fiziki olaraq sağ qalır, amma onun ruhu, onun uşaqlığı, onun gələcəyə olan inamı düşərgədə qalır. Bəlkə də, ən böyük döyüş müharibədən sonra başlayır – öz xatirələrinlə, öz kabuslarınla döyüş. Bir sözlə, Leyla mənim üçün incəsənət əsəri yox, canlı şahid ifadəsidir.
Edebiyat
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
10/10
·116 syf.··
Beğendi
·
2026 73. kitabı
·
3 saatte okudu
·
Okunma: 19 Mayıs 2026 15:09
Dərs götürüləsi kitablardan biridi. Əgər iki il əvvəl oxusaydım, mənə və düşüncələrimə çox şey qata bilərdi. Gecikmiş bir oxuma oldu. Yazım dili daha doğrusu tərcümə narahat etmədi məni. Tez bitti. Sadəcə bilmədiyim bəzi termen və hadisələr var idi. Onlsrı da araşdırmaq uçün qeyd götürdüm.
Həyata Hə DeməkViktor E. Frankl · Teas Press Yayınlarl · 2023102 okunma
10/10
·360 syf.··
2026 14. kitabı
·
16 günde okudu
·
Okunma: 17 Mayıs 2026 13:40
Hekayəni Scout adında balaca bir qızın dilindən dinləyirik. Buna görə də kitabı ilk oxuyanda Şeker Portakalı ilə bənzər hekayə gözləyirdim. Hər iki kitabda uşaqların dünyasından böyüklərin dünyasına baxırıq. İki kitab arasında ortaq cəhət sadəcə budur. Ədalətsizliyi, irqçiliyi, qərəzləri uşaqların gözündən görürük. Nümunəvi ata olan Atticus Finch uşaqlarını yetişdirmə tərzi, həyata və insanlara olan baxışı ilə mənim üçün unudulmaz obraz oldu. Atticus mənəvi keyfiyyətləri yüksək, dürüst və ədalətli bir ata və vəkil idi. Övladlarının ondan örnək alaraq böyüdüyünü bilir, onların gözünə baxa biləcəyi şəkildə yaşamağa çalışırdı. Atticus övladlarına başqalarını qınamazdan əvvəl özünü onların yerinə qoymağın əhəmiyyətini öyrətməyə çalışırdı və buna nail olmuşdu. Onun uşaqlarına öyrətdiyi bu dərs kitabın sonlarına doğru cəmiyyətin qorxduğu və qınadığı insanların daxilindəki mərhəmət və məsumluğu kəşf etməyə kömək edir.
1000Kitap
Bülbülü ÖldürmekHarper Lee · Epsilon Yayınevi · 202088,7bin okunma