10/10
·400 syf.··
Beğendi
·
2024 2. kitabı
·
33 saatte okudu
·
Okunma: 27 Haziran 2024 01:31
"Qoy bircə fəsli də oxuyum, sonra dincələrəm." Romanı oxumağa başlayanda bu sözləri tez-tez özünüzə deyəcəksiniz. Bir də görəcəksiniz ki kitabı oxuyub bitirmisiniz. Gözlənilməz sonluğu ilə məni bu dərəcədə şoka salan kitab olmamışdı. Kitabın psixoloji triller janrında olduğunu bilib oxumağa başladım, amma sonra sıraya dedektivlik də qatıldı. Çox möhtəşəm kurgulanmış bir romandı.Qatilin kim olduğu haqqında fikirlərim tez-tez dəyişirdi bir də gördüm kitab bitdi. Kitabdan çıxardığım əsas nəticə isə bu oldu ki, insanın həyatında yaşadığı travmalar heç vaxt unudulmur(əsasən də uşaq vaxtında yaşadıqları),nə qədər insan hər şeyi unudub həyatına heç nə olmamış kimi davam etsə də,yaşadıqları mütləq nə vaxtsa tamam fərqli bir şəkildə üzə çıxır. Əsərin mövzusunun yunan mifologiyası ilə əlaqələndirilməsi isə ayrıca bəyəndiyim bir detayı oldu.
İnsan ve Duygular
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202113bin okunma
Sevgisizlik...
Puan vermedi·400 syf.··
2023 37. kitabı
Xəyanət ,qısqanclıq... Bir insanın həyatını alt-üst etmək bu qədər rahatmış məgər? ... "Oysa ki,seven hep öldürür sevdiğini" sonunu təsəvvür edə bilmədiyim bir əsər idi,sözün əsl mənasında "Bir fəsil daha oxuyum,sonra dincələrəm" deyə-deyə kitabın sonuna gəldim...
İnsan ve Duygular
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202113bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
10/10
·488 syf.··
Beğendi
·
2020 2. kitabı
·
4 günde okudu
·
Okunma: 01 Ocak 2020 20:18
Hər dəfə bu tip kitablar görəndə deyirdim "axı nə məqsədlə yazılır, niyə alınır, niyə oxunur ?" və s. Məgər bütün bu suallar yersiz imiş, hər cür, hər növ kitabın öz yeri varmış. Bayrama qədər o qədər dolu idi ki, başım, 4n1k serisini bir az rahatlamaq üçün almışdım yanıma. Daha doğrusu özümü aldadırdım bu minvalla ki, həm kitabsız qalmayım, həm də dincəlim, başıma məlumat yığmayım. Və xoşbəxtlikdən elə də oldu. Çox sevindim bayram tətilini bu seri ilə keçirməyimə. Kitab olduqca maraqlı və gülməli idi. Bəzi yerlərində gülümsəmək bir yana, özümü saxlaya bilməyib hətta qəhqəhə çəkirdim. Bir-iki yerində nə qədər gənclik kitabı olduğunu bilsəm də, durub "hanı e bunların ana-atası?" deyə sual verdim. Kitabda azacıq da olsa, gopalogiya var idi. Amma adamı bezdirmirdi. Kitabda bütün xatakterlər bəyəniləcək səviyyədə yazılıb, fəqət Ali.. Çox başqa bir obraz oldu mənim üçün. Yəni, #teamali dostlar.
4N1KBüşra Yılmaz · Epsilon Yayıncılık · 20179,2bin okunma